Qrız Dəhnə kəndində torpaq sürüşməsi - VİDEO

Qrız Dəhnə kəndində torpaq sürüşməsi - VİDEO
Kəndə yaxınlaşan sürüşmə Xınalıq yolunun bağlanmasına səbəb ola bilər

Aramsız yağan yağışlar torpaq sürüşməsinin baş verməsinə səbəb olub. Hadisə Qubanın Qrız Dəhnə kəndində, yüksək dağlıq ərazidə baş verib.

Hazırda biz Qrız Dəhnə kəndində torpaq sürüşməsinin baş verdiyi ərazidəyik. İlkin mərhələdə 50 hektar ərazini əhatə edən sürüşmə zonası daha da genişlənməkdədir və hazırda aktiv mərhələdədir.

Hadisə nəticəsində torpaq qatı iri gövdəli ağacları kökündən çıxarıb. Sürüətlə kəndə doğru yaxınlaşan sürüşmə zonası ilə yaşayış evləri arasında 300-400 metr məsafə mövcuddur. Bu səbəbdən təbii fəlakət zonasına yaxın yerləşən bir neçə ailə qohumlarının evinə köçürülüb.

İcra nümayəndəsi Mübariz Ağasiyevin sözlərinə görə, torpaq sürüşməsi davam edəcəyi təqdirdə böyük fəsadlara yol açacaq.

Qeyd edək ki, hadisə yerinə Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları baxış keçiririb. Təbii Fəlakətlə bağlı Quba rayon icra hakimiyyəti tərəfindən müvafiq qurumlara məlumat verilib. Sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə polis əməkdaşları kənd ərazisində xidmət aparır və sürüşmə zonasına giriş-çıxış məhdudlaşdırılıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən