İran biznesmenlərinin işbazlığı - VİDEO

İran biznesmenlərinin işbazlığı - VİDEO
İran şirkətləri işğal ərzində Qarabağda qanunsuz fəaliyyət göstəriblər

İran biznesmenlərinin işbazlığı - İran şirkətləri işğal ərzində Qarabağda qanunsuz fəaliyyət göstəriblər
Heç kimə sirr deyil ki, 30 ilə yaxın Ermənistanın işğalında olan Qarabağdan Cənub qonşumuz İran da öz məqsədləri üçün geninə-boluna istfadə edib.

Halbuki işğalı müddətində 3-cü bir dövlətin orada biznes mühiti yaratması beynəlxalq hüquqa ziddir. Digər tərəfdən İranın bu addımı normal qonşuluq münasibətlərinə də uyğun gəlmir.

İşğal dövründən istifadə edərək İran biznesmenlərinin Qarabğda biznes şəbəkəsi qurması ilə bağlı Azərbaycanın əlində kifayət qədər faktlar var.

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün İtaliyanın “La Repubblica” qəzetinə müsahibə də məhz bu məsələyə toxunub:

"İranın yeni hökuməti, yeni Prezidenti seçiləndə biz böyük nümayəndə heyəti göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran Prezidentinə çatdırdılar. Digər mesaj isə belə idi: xahiş edirik Qarabağda İran biznesmenlərinin apardıqları qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin. Yəni biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür".

Əldə olunan faktlar göstərir ki, bu müddət ərzində İran biznesmenləri qeyri-qanuni şəbəklərinini sərhəd ərazilərdə, xüsusilə də Cəbrayılda qurublar. Cəbrayldan olan millət vəkili Ceyhun Məmmədov Real-a açıqlamasında bildirdi ki, onlar ermənilərdən icarəyə götürdükləri boş torpaqlarda əkin sahələri yaradıblar.

Cənub qonşumuzun Azərbaycana qarşı qərəzli münasibəti bununla bitmir. İran 30 ilə yaxın sahibsiz qalan Qarabağı talamaqda da dostu Ermənistana yaxından dəstək göstərib. Bununla bağlı bir sıra faktlar üzə çıxıb.

Millət vəkilinin sözlərinə görə, İranda xüsusi bazar fəaliyyət göstərir ki, orada məhz işbazların Qarabağda talayıb ölkələrinə gətirdikləri əşyalar atışa çıxarılır.

Ümumiyyətlə, bütün bunların fonunda Azərbaycanın ünvanına yağdırılan ittihamlar bir daha sübut edir ki, vaxtilə Qarabağı gəlir mənbəyinə çevirən rəsmi Tehranın qeyri-leqal biznes imkanları qapadılıb. Elə ona görə də Cənub qonşumuz qələbədən sonra Azərbaycanın bölgədə yaratdığı reallıqla barışmaq istəmir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər