Şuşa modul tipli xəstəxana ilə tanışlıq - VİDEO

Şuşa modul tipli xəstəxana ilə tanışlıq - VİDEO
Dövlət Agentliyinin sədr müavini şəraitlə tanış olub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova Şuşada yeni quraşdırılan modul tipli xəstəxananın şəraiti ilə tanış olub.

Nigar Bayramova bildirib ki, ölkə başçısının tapşırığına əsasən istifadəyə verilən Şuşa modul tipli xəstəxana ölkəmizdə səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır.

Nərimanov Tibb Mərkəzinin rəhbəri, Şuşa modul tipli xəstəxanaya təhkim edilən Fazil Alməmmədov İdarə Heyəti sədrinin müavininə xəstəxanada görülən tədbirlər barədə məlumat verib. O bildirib ki, Şuşa modul tipli xəstəxanada yaradılan şərait, müasir tibbi avadanlıqlarla təchizat vətəndaşların müayinə və müalicəsinə xidmət edəcək. Xəstəxana mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Əməliyyat və intensiv terapiya otaqlarında, eyni zamanda bütün palatalarda oksigen xətti mövcuddur. Xəstəxanada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya və stasionar xidmətlər göstəriləcək.

Xəstəxananın təchizatı barədə məlumat verən Fazil Alməmmədovun sözlərinə görə, funksional diaqnostika otağı portativ rentgenoqrafiya aparatı ilə təmin olunub. Tibb müəssisəsinin laboratoriyasında ümumi və biokimyəvi analizlərin aparılması mümkündür. Xəstəxanada travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri çalışırlar. Hazırda xəstəxanada 9 çarpayı yeri mövcuddur.

REAL
 

Digər xəbərlər
Bu gün
Dünən