Mir Şahinin vaxtı - 17.10.2021 (VİDEO)

Mir Şahinin vaxtı - 17.10.2021 (VİDEO)
REAL Təhlil və informasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir!

Azərbaycan dövləti tarixinin ən böyük qələbəsini həm yerli, həm də beynəlxalq səviyyələrdə həzm etdirməkdədir.

Bu yaxınlarda dövlət başçısı İlham Əliyevin BMT-də, az sonra Qoşulmama Hərəkatının tribunasındakı çıxışlarını biz məhz bu kontekstdə şərh etmişdik. Azərbaycan Prezidentinin Müstəqil Dövlətlər Birliyinin Dövlət başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı nitqi də istisna olmadı. Prezident aydın mətnlə izah etdi ki, müharibə ARTIQ!!! başa çatıb. Region postmünaqişə dövrünə daxil olub:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Ona görə “postmünaqişə dövrü” deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bu Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Hərbi əməliyyatların dayandırılmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin xüsusi rolunu bir daha qeyd etmək istərdim. Bu, hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etdi. Beləliklə, artıq qeyd etdiyim kimi, münaqişə hərbi-siyasi yolla həll edildi."

Beləliklə, MDB-də hamıya və hər kəsə bir daha elan edildi ki, Azərbaycan prezidentinin XÜSUSİ OLARAQ!!! VƏTƏN MÜHARİBƏSİ!!!! kimi təqdim etdiyi müharibədə QƏLƏBƏ QAZANILMASINDAN!!! artlq 1 il keçir. Yəni mənim, bəzi sözləri xüsusi olaraq vurğu işarələri ilə səsləndirməyimin də mənası budur: Azərbaycanın mövqeyi kateqorik olara belədir: Qarabağ münaqişəsi bitib! Azərbaycan irəli baxır. Və İlham Əliyevin MDB tribunasına çıxardığı prioritetlər qovluğunda həm Ermənistanın kapitulyasiya etməsindən keçən bir il ərzində nələrin baş verməsi, həm də yeni çağırışlar öz əksini tapırdı. Burda xüsusi bir məqam da var. Azərbaycanın lideri qazanılmış qələbəni regional inkişafın perspektivləri baxımından anladırdı. Amma perspektivi yaradan Azərbaycan sülh mühitinin məsuliyyətini tək daşımır. Azərbaycan müharibəni uddu, amma eyni zamanda sülhü də uduzmadı:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Həmçinin üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı.

Diqqətli tamaşaçının, peşəkar analitiklərin yəqin ki gözündən qaçmayan bir Əliyev üslubu barədə də danışmaq istərdim. Prezident etməyə hazırlaşdığı, etdiyi və edəcəyi hər bir iş haqqında əvvəlcə məlumatlandırır. Biz onun müharibə ərəfəsi çıxışlarını yaxşı xatırlayırıq. Eləcə də Prezidentin müharibənin gedişi boyu və sonrakı çıxışlarını da bura əlavə etsək məlumatlandılrmanın tam, bitkin, şəffaf şəkildə həyata keçirildiyinin şahidi oluruq. Bu sistem məlumatlandırma üslubuna beynəlxalq mediaya verilən ardıcıl müsahibələr də daxildir. Bu baxımdan Əliyevin MDB Dövlət başçıları şurasının iclasındakı çıxışını da məhz həmin çoxşaxəli, ardıcıl ideologiya-kommunikasiya strukturunun tərkib hissəsi tək qiymətləndirmək olar. Burda da Əliyev nə etməyə hazırlaşdığını açıq şəkildə bildirir. Bu planda, anonsda hərbi hərəkət təşəbbüsləri yoxdur. Biz az sonra Azərbaycanın Ermənistana uzatdığı sülh əlinin də şahidi olacağıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır.

Bu baxımdan Əliyevin çıxışı həm də MDB-də hər kəsin bilməsi üçün vacib olan faciə, vəhşilik, barbarlıq statistikasıdır. Azərbaycan Ermənistanı onun üzv olduğu qurumda ifşa edir. Onun əlahiddə və əlbir olaraq törətdiyi cinayətləri sadalayır. Bu sadalamada həm də başqa uzaq mənzilli hədəf var. Müharibənin gedişi boyu, elə sonra da biz dəfələrlə müşahidə etdik ki, Ermənistan öz ərazisindən Azərbaycana atəş açmaqla hərbi hərəkətlər teatrının səhnəsini genişləndirmək, müharibəyə ODKB-ni qatmaq istəyir. Və Azərbaycanın bu tribunada üz tutduğu liderlər həm də Paşinyanın arxayın olduğu, bel bağladığı dövlətlərin silahlı qüvvələrinin ali baş komandanlarının menyusuna hesablanmışdı. Yəni baxın, siz hansı dövlətlə eyni silahlı birliyi bölüşürsünüz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir. Azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir.

Prezident yığcam çıxışında bir neçə çox vacib başqa mesajlar da verdi. Bunlardan biri Paşinyan adminstrasiyasının tez-tez qaldırdığı və hər dəfə də Azərbaycanın uğurlu cavabları ilə yerə saldığı dırnaqarası “hərbi əsirlər” demoqoqiyası ilə bağlı idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib. Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz.

İkinci mesaj isə İran İslam Respublikasının Ermənistanla əməkdaşlığının xarakteri ilə bağlı oldu. Arayış üçün deyək ki, İran İslam Respublikasının Ermənistanla gerçək münasibətlər mənzərəsi Azərbaycan özünün İranla olan sərhədlərini tam bərpa etdikdən sonra tam üzə çıxdı. Məlum oldu ki, bu iki respublikanın təması, əlaqələri üzərində tam bir İran niqab, çarşabı varmış. İşğalçı Ermənistanın bu günə gəlib çıxmasında İran qardaşının xüsusi rolu olubmuş. İran Azərbaycanla qəlp, Ermənistanla isə qəlb dostluğu edirmiş. Neçə illərdir ki, Azərbaycan qardaşımız, Ermənistan sadəcə qonşumuzdur!” deyən Tehran bu gün əsil həqiqəti pünhan saxlamağa ehtiyac duymur və çəkinmədən belə buyurur: “Azərbaycan və Ermənistan, yəni hər ikisi bizim yaxşı qonşularımızdır, onların hər hansı birinin ziyanına iş görmərik!” Prezident növbəti mesaja həm İran, həm Azərbaycan üçün doğma olan mövzudan keçdi. İşğal altındakı məscidlərdən.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Azərbaycan ərazilərində vandalizmin izləri belədir. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayı bir Avropa şirkətinin iştirakı ilə sistematik olaraq çirkləndirilirdi, bu da artıq nüfuzlu beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş ekoloji fəlakətə gətirib çıxarıb. İşğal edilmiş ərazilərdə real mənzərə belədir. Azad edilmiş ərazilərdə bir ildən az müddətdə bir çox ölkələrdən olan minlərlə siyasətçi, diplomat və jurnalist, o cümlədən MDB ölkələrinin nümayəndələri bunları görüblər. Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib.

Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Bu gün bu, sübut edilmiş faktdır.

İran İslam Respublikası ilə Ermənistan antiislam respublikası arasındakı münasibətlər ətrafında düşünməkdə davam edək. Tehran, İrəvanla səmimi qardaşlığını, Bakı qardaşlarından üstün tutmasına Azərbaycanın İsrail dövləti ilə münasibətlərini bəhanə gətirir. İsraili bütün müsəlmanların düşməni hesab edərkən əsatir-rəvayət düşüncələrindən itələnən islam respublikasının qarşısına mən 100-lərlə iranlı göstərə bilərəm ki, Tel-Əvivin klinikalarında xərçəngdən müalicə alıb və allah bilir ki hansı yollara əl atıb ki, bu məlumatı İran rəsmiyyəsi bilməsin. İran-İraq müharibəsində İsraildən hansı sursatı aldıqlarını da həmin ölkədə yaxşı bilirlər. Və ümumiyyətlə İran-Ermənistan əməkdaşlığı İsrail -Azərbaycan münasibətləri açığına ola bilməz. Səbəblər çox sadədir. Bunu anlamaq üçün morze yox e, əlif-bey də kifayət edər. Məsələn, necə ki, bu sadə həqiqəti İranın SƏHƏR-2 kanalı vasitəsilə millət vəkili Fazil Mustafa iranlı tamaşaçılara başa salmağa çalışmışdı:

Göründüyü kimi İran İslam Respublikasının Ermənistan anti-islam Respublikası ilə münasibətlərinə haqq qazandırmaq cəhdləri Bakı-Tel-Əviv münasibətlərinə adekvat deyil. Burda sadəcə olaraq öz əsas niyyətini gizlətməyə yönəli cəhdlər, adda-budda, ayaq-üstü düşünülmüş bəhanələr var ki, ondan da ilk növbədə Ermənistan istifadə edir. Azərbaycanın İran İslam respublikasına dost yanaşması barədə çox danışımışıq. Amma indi ən son məlumatlardan birini xatırladıram. İran İslam Respublkası Anti-islam respublikası olan Ermənistana işğal etdiyi Azərbayan ərazilərindəki məscidlərdə donuz və inək saxlamağa dolayısı ilə izn verməkdə davam etdiyi o günlərdə, 2020-ci il, mart ayının 7-də saat 12-46-da, günorta namazı vaxtı, Azərbaycan hökuməti-yaxın dostluğuna hələ ki inandığı İran İslam Respublikasına koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədi ilə, humanitar əsaslarla 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul etmişdi. 

İran islam Respublikasının imicinin, yerşlədiyi geosiyasi vəziyyətin Azərbaycana yarada biləcəyi ciddi risklərə baxmayaraq Nazirlər Kabinetimiz bu məlumatı gizli də saxlamamışdı. “Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Ehtiyat Fondundan bu vəsaitin ayrılmasına dair sərəncam qəbul olunub. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə iki ölkənin aidiyyəti nazirlik və dövlət qurumları sıx əməkdaşlıq edir.” sitatın sonu. Yeri gəlmişkən, bu məlumat Nazirlər Kabinetinin saytında bu gün də durur. Belə çıxır ki, biz dost bildiyimiz İran İslam Respublikasının canına dua oxuyurmuşuq ki, o da sağ olsun, Ermənistanla narko-silah-sursat-kerosin əməkdaşlığı etsin. Hələ üstəlik bizi hərbi təlimlərlə təhdid də etsin?! Bizim Dəmir Yumruğun qarşısına Şapalaq çıxarmaq istəsin... Ayıbdı! Və Ermənistan da məhz belə müttəfiqləri və ya müttəfiqliklikləri hesabına artıq çoxdan sönmüş Qarabağ ocağına odun daşımağa həvəslənir. Baxmayaraq ki, Azərbaycanın Ərazi bütövlüyünün bərpa edilməsi İrəvanın özündə də artıq barışılmış bir reallıq olmalıdır. Çünki ortada 10 noyabr kapitulyasiya sənədi var! Bu sənədi Paşinyanın necə imzaladığı, o əsnada hansı alçaldıcı vəziyyətdə olduğunu hamı gördü. Və əgər MDB Dövlət başçıları Şurasının iclasında Paşinyanın mikrofonu sönürsə, bu texniki təsadüf deyil, bir Azərbaycan zərurətidir. Sözün bütün mənalarında Ermənistanı Azərbaycan söndürüb. Sönmüş ocağa isə odun daşımaq cəhdi artıq əbəsdir.

Deməli qəribə məsələlərdən biri də İran mollalarının Erməni keşişlərinin yanında dayanmasıdır. Mən bu şəkilləri bilərəkdən yanaşı qoyuram. Ona görə ki, İran İslam Respublikasının adını hələ ki unutmadığım mollası Amoli ilə Ermənistanın antiislam respublkasını adını çoxdan unutduğum keşişi bir nişangaha baxır. Azərbaycana qarşı. Yəqin Ermənistanın İran qardaşları hiss edirlər ki, Qareginin yanında boş yer var. Çünki Kirill onu gözlədiyi, arzuladığı şəkildə qəbul etmədi. Heç əlini də sıxmadı. Məncə səbəb heç də COVID-19 deyil. Xüsusi müxbirimizin müşahidələrini təqdim edirəm:

Burda mən bəzi qeydlərimi də çatdırmaq istədim. Əvvəla Ermənistan-İran əməkdaşlığı mövzusunun şərh edilməsi zəminində iki məsələyə yanlış yanaşılır. Məqsədli və ya qərəzsiz olduğunu bir kənara qoyaq. Bunlardan birincisi hər iki ölkədə əsas qaillik məqamı sayılan, müsəlmanların əksəriyyətini özündə birləşdirən şiəlik mövzusudur. İran-Azərbaycan münasibətlərində yaranmış yeni şərait təriqətlə bağlı deyil. Qətiyyən deyil. Orda da bizdə də şiəlik müzakirə mövzusu deyil. Vəhdət namazı müəllifi olan Azərbaycanda hər bir dini inanc öz ali mərtəbəsində qorunur. Məscid, kilsə, sinaqoq, başqa ibadət evləri hörmət əlaməti olaraq Allahın evi adlandırılır. Şiəlik İranın monopoluasında da deyil. Əksinə şiəlik təriqətinin Ermənistan antiislam və İran İslam Respublkaları arasındakı əməkdaşlıq müstəvisində bir qalxan, bir zireh kimi proseslərə cəlb olunması zərərlidir. Gərək bunu İranda da unutmasınlar. İkinci amil Azərbaycandakı qeyri ciddi platformalar, xüsusilə sosial şəbəkələrdə ağzını allah yoluna qoyan zəvzəklərin dövlətimizin idarə üsulunu şübhə altına alan təşəbbüsləridir. Məsələn, tutaq ki, İran islam respublikasının hər hansısa mollası cümə namazında nəsə deyib. Hansısa bəyanatı verib. Unudulmamalıdır ki, İran islam respublikasında molla inzibati idarəetmə mexanizminin açar fiqurudur, aparıcı şəxsidir. Molla iranda siyasi xadimdir. Dövləti idarə edən Ayətollahın nümayəndəsi kimi xüsusi səlahiyyətlərə malik din adamıdır. Və əgər kimsə Azərbaycan mollalarını İran mollaralına cavab verməyə çağırırsa, bu çağırışların arxa tərəfini düşünməlidir. Azəbaycanın din xadimləri niyə susur?-tipli suallalar ya anlaşılmazlıqdan, ya anlamazlıqdan, ya da xüsusi anlaşılan mətləblərdən verildiyi araşdırılmalııdr. İran-Ermənistan əməkdaşlığına da elə bu kontekstdə yanaşılmalıdır. Ermənistan acınacaqlı məğlubbiyyətdən sonra atdığı addımlarla bir neçə gedişli kobinasiyalara əl atır. Məsələn, bir tərəfdən İranla əməkdaşlığı timsalında İran və Azərbaycan xalqlarının inanc və təriqət kimi həssas nöqtələrini hədəfə alır. Digər tərəfdən Azərbaycan əsgərini snayperlə vurur. Özü də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə. Niyə? Bu sualın cavabı çox ola bilər. Amma mənim düşüncəmə görə məqsəd Rusiyanın vasitəçiliyini kölgə altına almaq, Moskvanı beynəlxalq fiqur kimi gözdən salmaqdır. Bu və başqa məzmunlu suallara cavabı Prezidentin köməkçisi Hikmət Hacıyevdən istəmişik. Bir az sonra müsahibəni təqdim edəcəyik. Hikmət Hacıyev Prezidentin işğaldan azad edilmiş Suqovuşan və Talış yaşayış məntəqələrinə səfərindən sonra bu ərazilərə yola düşən xarici diplomatıları müşayiət edirdi. Diplomatlar media ilə ünsiyyətə o qədər həvəsli olmasalar da gördüklərindən heyrətlərini gizlədə bilmirdilər. Hikmət Hacıyevlə müsahibəyə keçməzdən əvvəl bir neçə səfirlərin təəssüratları ilə tanış olmağınızı istərdim. Qardaş Türkiyənin Azərbaycandakı səfiri. Cahid Bağçıdan başlayaq:

İndi isə Hikmət Hacıyevlə müsahibəni təqdim edirik. Burda biz son həftənin başqa mühüm siyasi hadisələri, o cümlədən Ermənistanın bu aralar daha intensiv şəkildə getdiyi təxribatlar barədə də soruşmuşuq.

Beləliklə, yenidən Prezidentin Qarabağda həyata keçirdiyi işlərə, İkinci Dünya müharibəsindən sonrakı Avropa üçün Marşall Planına bənzər Əliyev planına qayıdırıq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Yeni tarix başlayıb. Yeni zaman başlayıb:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Müharibə və münaqişə tarixdə qaldı. Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək.

Qarabağın, işğal altından çıxarılan başqa yaşayış məntəqələrimizin özümüzə qaytarılması ilə Azərbaycan yenilənir. Müstəqilliyimizin bərpasının 30-cu ilində dövlətimizin təcümeyi-halı tarix üçün daha dəqiq təyinatla yazılmalıdır. Respublika günü yox, Müstəqillik günümüz. Məhz bu günlər Müstəqillik sözünün və özünün prioritetləşdirilməsi sadəcə dilimizin söz dəyişdiricilik, ya sözdüzəldicilik xırdalığı deyil. Biz Müstəqillik gününün əhəmiyyətinin hər bir adın əhəmiyyətindən daha artıq və zəruri olmasını dərk etməliyik. Ona görə də ayrı-ayrı şəxslər indiki dönəmdə öz siyasi-mənəvi davranışına daha məsuliyyətli yanaşmalıdır. Məsələn qaragüruhbaşı Əli Kərimlinin, bir zamanlar İran ayətollahının əlini öpdüyünə görə geniş müzakirə edilən, açıq radikal dini baxışlarına görə İranın müxtəlif dairələrində xüsusi məqama malik olan, törətdiyi cinayət əməlinə görə bu gün həbsxanada yatan Taleh Bağırzadənin müraciətini - sosial şəbəkələrdə, öz səhifəsi üzərindən, məhz-İran-Ermənistan tərəfdaşlığı fonunda, yayması sırf İran-Ermənistan əməkdaşlığına dəstəkdir. Yaxud məhz bugün, müstəqilliyin əhəmiyyətinin dövlət prioriteti səviyyəsində qoyulduğu fövqəladə əhəmiyyətli zamanlarda hansısa yuutuber Əli Əliyevin tutduğu mövqe birbaşa Koçaryançılığa, Sarqsyançılığa xidmətdir. Niyə belə hesab edirəm? Bu saat izah edim. Yutuber Əli internet resurslarında, internet tv-lərdə nəyi təbliğ etməyə çalışır? Qarabağ münaqişəsinin həll edilmədiyini. Və o tək deyil, daha bir neçə güruhbaşı da var. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin müəllifləri AXC-Müsavat cütlüyüyün tör-töküntüləri. Kim daha belə hesab edir? Koçaryan. Sarqsyan və onların başqa silahdaşları, əqidədaşları. Millət vəkili Rasim Musabəyov Albert İsakov adlı bir azərbaycansevərin hazırladığı çarxı sosial şəbəkələrdə paylaşıb. Birlikdə baxacağıq. Amma baxmazdan əvvəl sizə deməliyəm ki, erməni liderlərin, separatçıların, terrorçuların bu çarxda istifadə olunan çıxışları Azərbaycanın qələbəsindən əvvələ təsadüf edir. Baxın! Qəsdən tərcümə etmirəm!


“Bu gün Qarabağ problemi həll edilməyib!” demək indi eşidəcəyiniz insanlarla həmfikir olmaq, razılaşmaqdır. Çünki çıxışını eşitdiyiniz bu adamlar eynilə yutuber Əli Əliyev və qaragüruhbaşı Əli Kərimli kimi hesab edirlər ki, Qarabağ münaqişəsi həll edilməyib. Azərbaycanın qələbəsi ilə barışmayanlar həm də Azərbaycanda var. Bir ovuc olsa da, bir yığın olsa da, hər halda var. Onların imkanı olsa vətənlərinin adını Azərbaycan yox, Azər bac yan yazarlar ki, ermənilərə bir köynək yaxın oxunsunlar. Dövlətimizi təhdid altında saxlayan xarici qüvvələrin barmaqları təbii ki, bizim Dəmir Yumruğa qoşula bilməz. Zahid Orucun Parlamentdəki çıxışını bir də bizim efirdən izləmənizi istərdim.

Bütün bunlardan sonra qətiyyən şübhə yeri qalmır ki, daha bir də heç vaxt hakimiyyətə gələ bilməyəcəklərini 100 faiz yəqin edən siyasi avaralar və ya bir dəfə hakimiyyətə küçədən gəldiyini görüb bu gün də eyni yolun işlək olacağına inanan küçə adamları ancaq pozuculuğa bel bağlayırlar. Təsəvvür edin, eyni ovuzun barmaqları bir-bir eyni üzdəniraq tezisləri sayır, sayır, yenidən sayır... Durmadan. Onlardan ötrü bu gün Gəncənin raket heücumuna məruz qalması günü deyil. Onlar qələbəyə inamsızlıq aşılamaqla Gəncənin Cavadxandan çaqğlayan qalib ruhunu təkzib etməyə çalışırlar. Gəncə onların məğlubiyyətini, rüsvayçılıqla siyasi səhnədən bayıra tolazlanmalarını rəsmiləşdirən siyasi-coğrafgi vahiddir. Bu adamlar bilirlər ki. 1992-93 –cü ildə məhz dinc insanların, dinc əhalinin çaxnaşmaya düşməsinin qarşısını ala bilmədikərindən, həm ərazilərimiz, həm də hakimiyyətlərini uduzdular. Onlar başa düşmürlər və yəqin ki, heç vaxt da düşməyəcəklər ki, Azərbaycan ordusu qədər Gəncənin, Tərtərin, Bərdənin dinc insanları da qələbənn müəllifləri oldular. Düşmənin silahına, texnikasına duruş gətirməklə, dirəniş göstərməklə, heç yerə qaçmamaqla. Ayaqlarını Antey kimi torpağa sıxmaqla. Gəncənin bu günlərini mən həm də bu müsahibə ilə xatırlayıram. Bu xanımın gözlərini mərmi aparıb. Amma o qaragüruhbaşı Kərimlidən, yutuber Əlidən milyon dəfə aydın görür. Xüsusilə Füzulinin işğaldan azad edilməsi xəbərinə reaksiyasına fikir verin. Bu qadında İlham Əliyevə inam və bir də Cavadxan ruhu danışırdı:

O gün biz Gəncənin raket atəşinə tutulması nəticəsində düşdüyümüz matəmə Füzulinin işğaldan azad edilməsi ilə təsəlli tapdıq. İndi də Gəncədən Füzuliyə keçmək istərdim. Baxın. Bu Füzuli hava limanıdır. Bizi yeni ucalıqlara daşıyacaq uçuş nöqtəsinə.

Bax indi artıq başqa mövzulardan da danışmaq olar. Tarif Şurasının son qərarından sonra, qeyri-ciddi platformalarda bir qeybət müzakirəsinə start verilib. Təfərrüata varmayacam. Sacədə bəzi informasiyaları xatırladacam. Bir müddət olar ki, biz dünyada gedən bahalaşma prosesindən danışmışdıq. Misallar çəkmişdik. Məsələn demişdik ki, dünyada inflyasiya sürətlənir. Dünyada taxıl məhsullarının qiymətləri bu ilin iyul ayı ilə müqayisədə avqustda 3,4 faiz, 2020-ci ilin avqust ayı ilə müqayisədə 31,1 faiz artıb. Bir neçə ixracatçı ölkədə məhsuldarlığın kəskin azalmasının proqnozlaşdırılması buğda qiymətlərinin dünya bazarında kəskin olaraq aybaay artmasına və ötən illə müqayisədə 43,5 faiz yüksəlməsinə səbəb olub. Tərəvəz yağlarının qiymətləri qlobal bazarlarda iyul ayı ilə müqayisədə 6,7 faiz artıb. Dünya bazarında ət məhsullarının qiymətləri 2020-ci ilin iyul ayı ilə müqayisədə 22 faiz artıb. Şəkər məhsullarının qiymətləri qlobal bazarlarda iyul ayı ilə müqayisədə 9,6 faiz artıb və 2017-ci ildən sonra qeydə alınan ən yüksək səviyyəyə çatıb. Dünya bazarlarında xam neftin qiymətləri ilin əvvəli ilə müqayisədə 50 faizə yaxın artıb. Benzinin qiyməti dünya bazarlarında ilin əvvəli ilə müqayisədə 53 faizə yaxın artıb. O zaman biz bəzi benzin markalarının qiymətinin atması ilə bağlı izah verərkən bu statistikanı xatırlatmışdıq. İndi isə Tarif Şurası bəzi qiymətlərə yenidən baxıb. Mən hətta qiymətlərin qəpik detallarına, nəyin qiymətinin nə qədər dəyişməsinə belə baxmaq fikrində deyiləm. Məsələnin tamamilə başqa tərəflərindən danışacam. Əvvəla unutmayaq ki, Azərbaycan dövləti bir neçə Livan boyda ərazini tikib qurub elə bizə verməlidir. Özü də Marşall Planından fərqli olaraq Əliyev planı dövlətin maliyyə müstəqilliyinə hesablanıb. Bərpa və yendənqurmanı özümüz öz gücümüzlə etməliyik. Və asanlıqla deyə bilərdim ki, bu gün əldə olunan vəsait o cümlədən əldə olunacaq vəsait 30 il tapdanan qürurumuzun maddi-mənəvi bərpasına yönəldilir. Təfəkkürümüzü dəyişməliyik, xalqımız dövlətə kömək etməlidir.

Əlbəttə, nəzəri olaraq qazın qiymətini aşağı da salmaq olar. Lap havayı da vermək olar. Amma bu iqtisadiyyat üçün nə dərəcədə effektiv olacaq? Bu halda əmək haqları da aşağı salınmalıdır . Çünki dövlətin qazancı həm də istehlak olunan enerjidəndir. 1 qəpik olsa da subsidiyaları tədricən azaltmaqla, dövlət sahənin yükünü, asılılığı aradan qaldırır. Subsiydiyalaşma ləğv olunarsa, sahəyə xərclənən vəsait xalqa xərclənəcək, əmək haqlarına pensiyalara sərf ediləcək. Müqayisə üçün başqa informasiya: sərf olunan dövr üzrə əhalini maaşları, pensiyalar, müavinətlər son 5, 10 ildə neçə dəfə və ya neçə faiz artıb? Bəs qaz neçə dəfə və ya faiz artıb. Dövlət üçün bu ona görə lazımdır və vacibdir ki, gəlir və xərclər balanslaşdırılsın. Yoxsa bu sənaye məhv, bankrot ola bilər. Bir tərəfdən də aşağı qiymətli qaz investorlar üçün də maraqsızdır. Çünki satış dəyəri xərclərini üstələməyən sahəyə heç bir investor sərmayə qoymaz. Sənayenin dirçəlişi, əhalinin daha yaxşı gələcək rifahı birbaşa bundan asılıdır. Və nəhayət sizə elə gəlmir ki, bu gün kimsə hansısa qəpikdən danışmaqla diqqəti olduqca ciddi mövzudan, əhalinin həyatına ən ciddi şəkildə müsbət təsir göstərəcək növbəti böyük sosial paketin müzakirəsindən yayındırır!? Sonra nə olacaq? Heç nə. Bir neçə həftədən sonra elə bu sosial şəbəkələrdəki qeybət dağarcıqları maaş və müavinət artmasınmın zəruriliyini qabardacaqlar. Bilirlər axı, Prezident artıq qərar verəcək. Çünki sərəncam verib. Amma yaddan çıxdığına əmin olacaqlar o zaman. Necə ki 2018-ci ilin sonlarında 2019-cu ilə belə hazırlaşmışdı qaragüruh. Nəsə. Özünüz izləyin. Görəcəksiz.

Azərbaycan pandemiya nəticəsində hissedilən geriləməyə məruz qalmış iqtisadiyyatı bərpa relslərinə çıxarıb. Dünya miqyasında iqtisadi fəallıq bərpa edilməkdədir. Tələbin artım tempi vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizatın yenidən işə salınma tempindən daha artıqdır, Bu isə beynəlxalq bazarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasına səbəb olub. Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir. Bütün bunları nəzərə alan Prezident Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzaladı. Sənəd beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasını təmin etməlidir. Və ən nəhayət gəlin artıq birdəfəlik anlayaq ki, Azərbaycan dünyanın tərkib hissəsidir. O öz mövcudluğunu qorumaq məqsədilə həm də ciddi maliyyə müstəqilliyinə malik olmalıdır. Maliyyə müstəqilliyi xarici borclardan asılı olmamağı, ən kritik zamanlarda belə öz imkanlarına güvənməyi nəzərdə tutur. Yəni indi də görünmür ki, Azərbaycan dövlətinin üzərinə gedənlər hər dəfə niyyətləri proqnozlaşdırıldığına görə uğursuzluğa düçar olurlar?! Tarif Şurasında, onun ayrı-ayrı qərarlarında deyil məsələ, məsələ bizim 44 gün ərzində şəhid verib yenidən dəyərləndirdiyimiz vətənə, dövlətə münasibətimizdədir. Dövlətli olmaq da elə budur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər