Dəyişən tariflərin üstünlüyü - VİDEO

Dəyişən tariflərin üstünlüyü - VİDEO
T.Mirkişili: Sosial ödənişlər qiymət artımını üstələyəcək

Azərbaycanda əhaliyə və biznes sektora satılan qazın satış qiyməti alış və ya maya dəyərindən xeyli yüksəkdir. Bu problem indiyə qədər dövlət büdcəsindən subsidiya ödəməklə həll olub.

Bunu "Report"a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili deyib. O bildirib ki, amma subsidiya daimi ola bilməz.

Hazırda büdcə qarşısında xeyli tarixi vəzifələr var, bərpa, quruculuq işləri, təhlükəsizlik və s. kimi mühüm çağırışlar mövcuddur.

Tahir Mirkişilinin sözlərinə görə, aparılan təhlillər göstərir ki, qaz istehlakında əhalinin orta aylıq çeki 9 manatdır. Elektrik istehlakında isə orta aylıq çek 16 manatdır. Təqribən qiymətlərin orta hesabla 20% artdığını nəzərə alsaq, qiymət dəyişmələri bir ailəyə orta hesabla ayda 5 manat əlavə xərc yaradacaq. Bu birbaşa təsirdir. Təbii ki, müəyyən qədər inflyasiyanın artması, istehsal və xidmət müəssisələrində də müəyyən qədər qiymətlətin artması baş verəcək.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşı dayanıb. O, bunu tarixin bütün anlarında sübut edib. Dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq hissəsi, əlavə gəlirlər daim vətəndaşların sosial vəziyyətinin daha da güclənməsinə yönəldilib. Dövlət qarşısında duran nəhəng və çətin layihələrin maliyyə tələblərinə baxmayaraq Prezident İlham Əliyev dünən “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzaladı.

Sərəncam birbaşa 2 milyona yaxın insanı əhatə edəcək. Milli Məclisə daxil olacaq 2022-ci ilin Dövlət Büdcəsi layihəsində sosial xərclərin əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Hesab edirəm ki, əhalinin gəlirlərinin xeyli dərəcədə artımına gətirib çıxardacaq bu dəyişikliklər kommunal sahədə əhalinin xərclərinin artan hissəsini bir neçə dəfə üstələyəcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər