Bakıda çörək festivalı keçirilib - VİDEO

Bakıda çörək festivalı keçirilib - VİDEO
Festivalda yüzdən artıq un məmulatı nümayiş olunub

Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Taxılçılar Assosiasiyasının təşkilatçılığı ilə "Çörək festivalı keçirilib. Ümumdünya Çörək Gününə həsr olunmuş festivalda Azərbaycanda istehsal olunan buğda sortlarından hazırlanmış yüzdən artıq çörək və un məmulatı nümayiş olunub.

Həmçinin Diplomatik korpusun, özəl sektorun nümayəndələrinin iştirak etdiyi tədbirdə müxtəlif ölkələrin mətbəx nümunələrinə baxış keçirilib, aşpazların yarışı baş tutub.

Tədbirin təşkilatçısı "AzeriHomeChefin" rəhbəri Fəxrəndə Həsənzadə qeyd edib ki, bu kimi tədbirlər qardaş ölkələr arasında kulinariya sahəsində əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər