Azad Köndələnçay su anbarı - VİDEO

Azad Köndələnçay su anbarı - VİDEO
Su anbarı vasitəsilə 10 min hektardan artıq əkin sahəsi suvarılacaq

Füzulidə yerləşən Aşağı Köndələnçay su anbarı tam istimara başladıqdan sonra 10 min hektardan çox sahənin suvarılması yaxşılaşacaq.

Hazırda Füzuli rayonunun Mirzəcamallı kəndində olan Aşağı Köndələnçay su anbarı qismən suvarma işlərində istifadə edilir. Köndələnçay çayı üzərində 3 ədəd su anbarı var ki, həmin anbarların hər biri suvarmada mühüm əhəmiyyətə malikdir.

Həmçinin Köndələnçaya paralel axan Quru çaydan üzərində iki ədəd hidroqovşaq vasitəsi ilə bu anbarlara su axıdılması mümkündür. Lakin uzun illər işğal altında qalan anbarlar ermənilər tərəfindən istifadə edilərək yararsız hala salınıb.

Füzuli suvarma sistemli idarəsindən verilən məlumata görə, bu ilin planına uyğun olaraq suvarma kanallarında lildən təmizlənmə işləri aparılır və yekunlaşmaq üzrədir. Qeyd edək ki, Ümumilikdə 27300 əkin sahəsinə 1300 km-dən çox uzunluğu olan suvarma kanalları vasitəsi ilə xidmət göstərilir. Əkin sahələri öz axımı ilə yanaşı həmdə su nasosları vasitəsi ilə suvarılır. Hazırda kanallara suyun vurulması üçün 51 ədəd su nasosundan istifadə olunur.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər