Həvəskarlar arasında veloyürüş - VİDEO

Həvəskarlar arasında veloyürüş - VİDEO
60 gənc peşəkar treklərdə öz məharətini göstərdi

Yarış Müdafiə Sənayesi nazirliyinin velosiped idman klubunun və Velosiped Federasiyasının birgə təşkilaçılığı ilə keçirildi. Yarışda Müdafiə Sənayesi naziri Mədət Quliyev də iştirak edirdi. Məqsəd gənclər arasında bu idman növünə marağı daha da artırmaq və gənclərin asudə vaxtlarını daha səmərəli keçirməkdir.

60 gənc peşəkar trekdə öz məharətlərini göstərdilər. Velosiped həvəskarları bir araya gəlməkdə və öz məharətlərini göstərməkdə istəkli və maraqlı idilər.

Sonda hədəfə ən az vaxtda çatan velosipedçilər mükafatlandırıldı. İlk 3 yer diplom və medallarlarla təltif edildi. Digər 10 yerin sahiblərinə isə sponsorlar tərəfindən hədiyyələr təqdim olundu.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər