Blinken Qətərin XİN rəhbəri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

Blinken Qətərin XİN rəhbəri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken və Qətərin baş nazirinin mavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Praysın açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, tərəflər telefon danışığı zamanı Əfqanıstandakı vəziyyəti müzakirə ediblər: "Dövlət katibi E.Blinken Qətərə möhkəm regional təhlükəsizlik tərəfdaşlığı və ABŞ vətəndaşlarının, qanuni daimi sakinlərin və təhlükədə olan əfqanların təhlükəsiz tranzitinə göstərdiyi köməyə görə təşəkkür edib".

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər