Perunun media qurumu Azərbaycanın aparıcı beyin mərkəzinin rəhbəri ilə müsahibəsini təqdim edib

Perunun media qurumu Azərbaycanın aparıcı beyin mərkəzinin rəhbəri ilə müsahibəsini təqdim edib

Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış perulu jurnalist Rikardo Sançezin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevlə müsahibəsi dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən REAL-a verilən məlumata görə, yazıda Cənubi Qafqazda hazırkı durumla əlaqədar F.Şəfiyevə istinadən Azərbaycanın məqsədinin bölgədə sabitlik, əməkdaşlıq və sağlam mədəniyyətlərarası dialoq mühiti yaratmaq olduğu, bunun üçünsə Ermənistanın daxildəki qisasçı meyllərindən əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalı olduğu bildirilir.

Digər yandan, dünyanın müxtəlif ölkələrindəki erməni diasporu tərəfindən ianə pərdəsi altında külli miqdarda maliyyə vəsaitinin toplanaraq müharibənin gedişində və sonrasında Ermənistanın silahlanmasına yönəldilməsi, eləcə də həmin diaspor qüvvələri tərəfindən Ermənistan daxilində qisasçı meyllərin alovlandırılması cəhdlərinin bölgədə sülhün sabit qalmasına ciddi maneə törətdiyi qeyd olunur.

Azərbaycanın xarici siyasət gündəliyindən danışan F.Şəfiyev, bu xüsusda başlıca istiqamətlərin Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsi ilə yanaşı, çoxtərəflilik fəlsəfəsi əsasında xarici siyasi fəaliyyət, o cümlədən Qoşulmama Hərəkatının nüfuzunun artırılması və Bandunq prinsiplərinin təşviqi olduğunu bildirib, təşkilata sədrliyi illərində Azərbaycanın təşəbbüsü ilə atılan addımlardan danışıb, habelə ölkəmizin hərbi-siyasi bloklara münasibətdə mövqeyi, NATO ilə əməkdaşlıq formatları, eləcə də Türkdilli Dövlətlər Şurası daxilindəki fəaliyyətindən bəhs edib.

https://fpp.org.pe/hay-fuerzas-revanchistas-en-armenia-que-buscan-reanudar-la-guerra/

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər