“Qarabağ” “Kayrat”la oyuna hazırdır - VİDEO

“Qarabağ” “Kayrat”la oyuna hazırdır - VİDEO
Q.Qurbanov: “Matça ciddi hazırlaşmışıq. Oyundan-oyuna məsuliyyət artır”

Bu gün Qarabağ komandası futbol üzrə UEFA Konfrans Liqasında növbəti oyununa çıxacaq. H qrupunda qərarlaşan köhlən atlar 3-cü turda Qazaxıstan Kayratını qonaq edəcək. 4 xalla İsveçrə Bazeli ilə birgə ilk iki pilləni bölüşən ağdamlılar qələbə sayəsində mövqelərini möhkəmləndirməyə çalışacaqlar. Komandamız Bakıdakı oyuna itkilərlə çıxacaq. Belə ki, Bədavi Hüseynov, Xayme Romero, Elvin Cəfərquliyev, Qaspar Panadero və İsmayıl İbrahimli zədədən əziyyət çəkir.

Buna rəğmən baş məşqçi Qurban Qurbanov nikbinliyini itirməyib.

2 oyuna 1 xal toplayan almatılar da evə xalla dönmək istəyirlər. Qazaxıstanlıların heyətində Qafurcan Suyumbayev zədəlidir. Bundan başqa, ermənistanlı yarımmüdafiəçi KamO Oqanesyan da Bakıya gəlməyib. Ermənistan mediası bu məsələni siyasiləşdirərək guya, futbolçunun oyunu buraxması və ölkəmizə gələ bilməməsini Azərbaycanla bağlı “problemlər”dən qaynaqlandığını iddia edib. Məsələyə aydınlıq gətirən Qabağın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə bildirib ki, yarımmüdafiəçinin Azərbaycana gətirilməməsi Qazaxıstan klubunun öz təşəbbüsüdür.

Xatırladaq ki, Qarabağ – Kayrat oyunu Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək. Saat 20:45-də başlayacaq görüşdə ədaləti Yevgeni Aranovskinin başçılıq etdiyi ukraynalı hakimlər briqadası qoruyacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər