Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qrup üzrə 8 qarşılaşma baş tutub.

E qrupunda 2 turdan sonra xalsız olan və sonuncu pillədə qərarlaşan “Barselona” Kiyev “Dinamo”sunu qəbul edib və minimal hesabla qalib gəlib. Almaniya çempionu “Bayern” isə Portuqaliyada “Benfika”nı darmadağın edib.

F qrupunda “Mançester Yunayted” İngiltərədə “Atalanta”nı sınağa çəkib və əzmkar qələbəyə sevinib. Digər qarşılaşma “Yanq Boyz”la “Vilyarreal” arasında keçirilib. Bu oyunda isə qonaqlar qələbəni bayram ediblər.

G qrupunda “Volfsburq” Avstriyada “Zalsburq”la, “Sevilya” isə Fransada “Lill” ilə üz-üzə gəlib. Avstriyada meydan sahibləri qələbəyə sevinən tərəf olubsa, Fransadakı görüşdə qapılara qol vurulmayıb.

H qrupunda turnirin son qalibi olan “Çelsi” “Malmö”nü 4 cavabsız qolla yenib. Qrupun digər oyununda “Yuventus” Rusiyada “Zenit”i minimal hesabla üstələyib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər