Çexiyada karonavirusa qarşı tədbirlər sərtləşdirilir

Çexiyada karonavirusa qarşı tədbirlər sərtləşdirilir

Çexiyada koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar olaraq hökumət bir sıra epidemiya əleyhinə tədbirləri sərtləşdirmək qərarına gəlib. Xüsusilə qapalı məkanlarda tibbi maska taxmaq məcburi olacaq.

APA xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Adam Voytek jurnalistlərə açıqlamasında bildirib.

Nazir əlavə edib ki, eyni zamanda peyvənd sertifikatlarına nəzarət gücləndiriləcək.

“Ötən gün respublikada koronavirusa yeni yoluxanların sayı ötən həftənin eyni günü ilə müqayisədə iki dəfə artıb. Xəstəliyin daha çox yayılması məyusluq doğurur. Bununla əlaqədar olaraq hökumət bəzi epidemiya əleyhinə tədbirləri sərtləşdirmək qərarına gəlib.
Yeni qərar oktyabrın 25-dən qüvvədə olacaq. Noyabrın 1-dən isə kafe, restoranlarda, dövlət və özəl müəssisələrdə çalışanlardan peyvənd sertifikatı da tələb ediləcək”, deyə Adam Voytek vurğulayıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər