Buzovnada heyvan leşləri ərazidən təmizləndi - VİDEO

Buzovnada heyvan leşləri ərazidən təmizləndi - VİDEO
"Problem" verilişinin müdaxiləsindən sonra ETSN dərhal hərəkətə keçdi

Bir müddət əvvəl Xəzər rayonu Buzovna qəsəbəsində heyvan leşlərinin qalaq-qalaq yığıldığı ərazidə olan problemlərdən reportaj təqdim etmişdik.

Müxtəlif növ iribuynuzlu və xırdabuynuzlu heyvnaların leşlərinİn yaratdığı problemlər və ətrafa yayılan üfunət qoxusu yaxınlıqda yaşayanların etirazına səbəb olmuşdu. Problemin həlli üçün Xəzər rayon İcra hakimiyyəti tərəfindən əraziyə baxış keçirilmiş və yaranmış vəziyyət ilə bağlı araşdırma aparıldığını bildirmişdilər. Bu gün isə sözügedən ərazidə mövcud olan vəziyyət ərazi üzrə məsul qurumun dəstəyi ilə artıq aradan qaldırılıb. Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən 1 saylı Bakı Əmlak Reysteri xidmətinə ərazinin mülkiyyətçinin müəyyən olunması üçün müraciət ünvanlanıb.

Çox çəkmədi ki, Buzovna qəsəbəsində hökm sürən bu problem artıq keçmişdə qaldı. İstədiyimiz də elə bu idi. Problemin həll edilməsi, sakinlərin narazılığına səbəb olan səbəblərin artıq geridə qalması. Ümid edək ki, bir daha sakinlər əvvəlki xoşagəlməz mənzərə ilə qarşılaşmayacaqlar.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər