Entoni Blinken Kolumbiyaya səfər edib

Entoni Blinken Kolumbiyaya səfər edib

ABŞ Dövlət katibi Entoni Blinkenin qanunsuz miqrasiya və demokratiyanın qorunması problemlərinin mümkün həll yollarını müzakirə etmək üçün Cənubi Amerika ölkələrinə səfəri davam edir.

Artıq Dövlət katibi Blinken Kolumbiyaya səfərini gerçəkləşdirib və Kolumbiya Prezidenti İvan Duque iləbirgə görüş keçirib.

Görüşdə dünyanın üzləşdiryi problemlərin həllində əməkdaşlığın gücləndirilməsi mövüzü müzakirə edilib.

Qeyd edək ki, Kolumbiyada Birləşmiş Ştatlar və Latın Amerikası ölkələrinin ən yüksək diplomatlarının iştirak etdiyi miqrasiya mövzusunda görüş baş tutacaq.

miqrasiya mövzusunda nazirlər toplantısına təkcə ABŞ liderlərinin deyil, Çili, Braziliya, Kosta Rika, Honduras, Peru və Kolumbiya xarici işlər nazirlərinin də qatılacağı gözlənilir.

"Biz eyni dərəcədə məsuliyyətlə üzləşdiyimiz problemləri həll etməliiyik.

Ölkələrimiz təkbaşına hərəkət etməklə bu problemi həll edə bilməz" deyəEntoni Blinken qeyd edib.

Kolumbiya prezidenti isə öz növbəsində Venesueladan ölkəsinə daha çox miqrant axının olduğunu bildirib.

Prezidentin sözlərinə görə, Kolumbiya 5 milyon venesuelalı qaçqından 2 milyona yaxın qaçqını qəbul edib.

Blinkenin Kolumbiyaya səfərindən öncə Ekvadorda səfərdə olub.

Blinkenin Ekvadora səfər etməsindən öncə prezident Quillermo Lasso narkotik cinayətlərinə qarşı mübarizə aparmaq məqsədilə ölkədə 60 gün müddətində fövqəladə vəziyyət elan edib.

ABŞ dövlət katibi və Ekvador prezidenti baş tutub və Blinken Lassonun onu Ekvador hökumətinin ölkə konstitusiyasına uyğun hərəkət etmək kimi demokratik dəyərləri müdafiə edəcəyinə inandırdığını bildirib.

Blinken həmçinin Ekvadorun COVID-19-qa qarşı vaksinasiya kampaniyasına yüksək qiymət verib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər