Rusiyada koronavirus səbəbindən oktyabrın 30-dan noyabrın 7-nə qədər qeyri-iş günləri elan olunub

Rusiyada koronavirus səbəbindən oktyabrın 30-dan noyabrın 7-nə qədər qeyri-iş günləri elan olunub

Rusiyada koronavirus səbəbindən oktyabrın 30-dan noyabrın 7-nə qədər qeyri-iş günləri elan olunub.

Rusiya Prezidenti Vladimir Putin sözügedən məsələ ilə bağlı təklifi qəbul edib.

İşçilər bu müddət ərzində tam maaş alacaqlar.

Rusiya Prezidentinin sözlərinə görə, ehtiyac yaranarsa, qeyri-iş günləri noyabrın 7-dən sonra da uzadıla bilər.

Qeyd edək ki, bu təklifi Baş nazirin müavini Tatyana Qolikova irəli sürmüşdü.

Rusiyada ötən sutka ərzində 1028 nəfər koronavirusdan dünyasını dəyişib.

Bununla yanaşı, son sutkada qonşu ölkədə 34073 yeni yoluxma halı qeydə alınıb.

Beləliklə, Rusiyada virusdan ölənlərin ümumi sayı 226,353 -ə yüksəldi ki, bu da Avropada ən yüksək göstəricidir.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər