19 yaşlı gəncin pensiya problemi (VİDEO)

19 yaşlı gəncin pensiya problemi (VİDEO)
Dövlət Agentliyi məsələyə aydınlıq gətirdi

Qusar sakini, hazırda Xaçmaz rayonu Xudat şəhərində anası ilə birgə kirayədə yaşayan Radjo Qasımov əlillik dərəcəsi ala bilməməsindən şikayətçidir. 19 yaşlı gəncin anası Maidət Qasımova deyir ki oğlu 2 ildir I dərəcəli skalioz xəstəyindən, eləcə də yaddaş pozğunluğundan əziyyət çəkir. Bu səbəbdən də pensiya təyinatı ilə bağlı aidiyyatı üzrə müraciət etsə də onlara imtina cavabı gəlib. Səbəb kimi əlavə müalicə tövsiyyə edilib. 20 gün müalicə alan Radjo yenidən müraciət etsə də 2 aydır məsələdən xəbər yoxdur.

Maddi vəziyyətləri olduqca aşağı olan ailədə heç kim işləmir. Radjonun sözlərinə görə, dəfələrlə işlə bağlı müraciət etsə də xəstə olduğu üçün onu işə götürmürlər.

19 yaşlı gəncin şikayəti ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyindən məsələyə aydınlıq gətirildi. Qurumun mətbuat katibi Gülnar Əzizovanın sözlərinə görə, Radjo Qasımov agentlikdə əyani müayinə olunub və onda aşkarlanan I dərəcəli skalioz diaqnozuna görə əlillik təyinatı mümkünsüzdür.

Ümid edirik tezliklə Radjo Qasımov qeyd olunan diaqnoz üzrə agentliyə müraciət edəcək və çox keçmədən ona pensiya təyin olunacaq.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər