Vətən müharibəsi qəhrəmanı anılıb - VİDEO

Vətən müharibəsi qəhrəmanı anılıb - VİDEO
Qobustan rayonunda şəhid Elyar Vəliyevin barelyefinin açılışı olub

Qobustan rayonunda Vətən müharibəsi qəhrəmanı şəhid Elyar Vəliyevin xatirəsi anılıb.

Mərasimdə rayon rəhbərliyi, ziyalılar, şəhidin ailə üzvləri, döyüş dostları iştirak ediblər.

Əvvəlcə şəhidin Sədəfli kəndindəki məzarı ziyarət olunub, ruhuna dualar oxunub. 1991-ci ildə Qobustan rayonu Sədəfli kəndində anadan olmuş Elyar Vəliyevin Vətən müharibəsində keçdiyi döyüş yolundan bəhs olunub.

Daha sonra tədbir Qobustan şəhərində davam etdirilib. Çıxış edənlər Elyar Vəliyevin Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavənd və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirakından söz açıblar.

Qeyd edək ki, Elyar Vəliyevin tərkibində olduğu 40 nəfərdən ibarət qrup oktyabrın 19-da ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olublar. Qeyri-bərabər şəraitdə 7 saatdan çox davam edən ağır döyüşlərdə Elyar Vəliyev qəhrəmancasına şəhid olub.

Şəhadətindən sonra o, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

REAL


 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər