Maska taxmayanlara qarşı reyd - VİDEO

Maska taxmayanlara qarşı reyd - VİDEO
Nərimanov Rayon Polis idarəsinin əməkdaşları reyd keçirib

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə bu gün paytaxtın Nərimanov rayonunda Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirləri həyata keçirilib. İctimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərlə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Reyd zamanı tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər avtobusdan düşürülüb və həmin şəxslərə qarşı müvafiq qanunvericiliyə uyğun cərimə tətbiq edilib.

Reyd zamanı rayon ərazisində ictimai iaşə obyektlərində tibbi maskadan istifadə etməyən şəxslərə xəbərdalıq edilib. Həmin obyektlərin əməkdaşları polis tərəfindən müəyyən edilərək, cərimələnib. Xüsusilə də sakinlərin daha çox getdiyi mağazaların girişində dezinfeksiyaedici vasitələrin yerləşdirilmədiyi, alıcı və satıcıların tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb. Edilən xəbərdarlıqlara məhəl qoymayanlar barəsində isə intizam tənbeh tədbirləri tətbiq edilib.

Qeyd edək ki, Nərimanov rayonunda polislər tərəfindən belə profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər