Rasim Balayev əməliyyat olundu

Rasim Balayev əməliyyat olundu
Əməliyyat martın 14-də Mərkəzi Gömrük Hospitalında olub

Xalq artisti, məşhur aktyor Rasim Balayev əməliyyat olunub.

Real TV xəbər verir ki, bu barədə APA-ya aktyor özü məlumat verib.

Onun sözlərinə görə, əməliyyat martın 14-də Mərkəzi Gömrük Hospitalında olub:

“Elə ciddi problem deyil, narahat olmağa dəyməz. Dünən həkimlər cərrahi müdaxilə etdilər, indi yaxşıyam. Kiçik uroloji problemdir. Hələlik xəstəxanadayam. Sabah bir də müayinə olunacam, həy şey qaydasında olsa, evə buraxacaqlar”.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər