Sibiroba kəndinin sosial problemləri - VİDEO

Sibiroba kəndinin sosial problemləri - VİDEO
Rəsmi qurumlar problemlərin həlli ilə bağlı vəd verdi

500 nəfərə yaxın sakinin yaşadığı Sibirobanın ən böyük çətinliyi yolla bağlıdır. Belə ki, bir neçə il öncə ətraf kəndlərin yolu asvaltlansa da növbə Sibirobaya çatanda işlər dayandırılıb. Cəmi 2 kilometr yolun asvalt olunmaması indi sakinləri böyük çətinliklə üz-üzə qoyub.

Qışı Sibir kimi soyuq keçən Sibirobanın istilik sarıdan da bəxti gətirməyib. Qonşu Palıdlı kəndi qazla təmin edilsə də burada hələ də sakinlər tapsalar odun əks halda fındıq qabığı ilə mənzillərini qızdırmaq məcburiyyətində qalıblar.

Sibirobanın bitmək-tükənmək bilməyən qayğıları sırasında məktəb problemi də var.

Adı səhv yazılan məktəbdən keyfiyyətli təhsil gözləmək ən böyük sadəlövhlük olar. Digər tərəfdən damından döşəməsinə qədər yararsız olan təhsil ocağında keyfiyyətli tədris üçün heç bir şərait mövcud deyil.

Sibiroba sakinlərinin həsrətlə həllini gözlədikləri qaz problemi ilə bağlı isə Azəriqaz İstehsalat birliyindən bildirildi ki, kəndin mavi yanacaqla təmin edilməsi 2023-cü ilin əvvəlində həyata keçiriləcək.

Belə əziz sakinlər! Rəsmilərin qucaq dolusu vədini eşitdiniz. İndi səbr edib deyilən zamanı gözləmək lazımdır. Sizin kimi elə bizdə deyilən vaxt ərzində problemlərin həll ediləcəyinə ümid edirik. Odur ki, mövzunu diqqətdə saxlayacağıq.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər