Vətəndaşın əlillik statusu problemi - VİDEO

Vətəndaşın əlillik statusu problemi - VİDEO
DTSERA: İ.Abbasova ilə bağlı əlillik altsisteminə heç bir müraciət daxil olmayıb

Gədəbəy rayonu Çobənkənd sakini Abbasova Leyla Ülfət qızının qaynar nömrəmizə göndərdiyi videonu təqdim edirik.

Biz də öv növbəmizdə şikayətçinin problemi ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Oradan öyrəndik ki, Əmək Və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əlillik altsistemində Leyla Abbasova ilə bağlı əlilliyin qiymətləndirilməsinə dair heç bir göndəriş, forma 88 daxil edilməyib. Bu o deməkdir ki, göndəriş olmadığı halda qurum tərəfindən heç bir cavab, o cümlədən imtina da verilə bilməz. Qurumdan vətəndaşın müraciət etdiyi səhiyyə müəssisəsinə yenidən yaxınlaşıb bu məsələni dəqiqləşdirməsi məsləhət görüldü.

Bu məsələyə yenidən qayıdacağıq.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər