“Neftin 60-70 dollara olması məqbuldur” - VİDEO

“Neftin 60-70 dollara olması məqbuldur” - VİDEO
P.Şahbazov: Düşünürəm ki, OPEC-in qərarı qiymətlərə təsir edəcək

Neftin qiymətinin bir barel üçün 60-70 dollar civarında olması Azərbaycan, eləcə də dünya iqtisadiyyatı üçün məqbul ola bilər.

Energetika naziri Pərviz Şahbazov “Bloomberg” agentliyinə müsahibəsində deyib ki, hazırda "Brent" markalı neftin bir bareli 83 dollar ətrafında satılır."Bizə çox yüksək qiymətlər lazım deyil. Ola bilsin ki, qiymətlər bu gün bir qədər yüksəkdir, amma gördüyünüz kimi, OPEC+ hər ay hasilatı artırır. Düşünürəm ki, bu, qiymətlərə təsir edəcək”.

Pərviz Şahbazov əlavə edib ki, Azərbaycan OPEC+ istehsalçılarının gələn ay gündəlik xam neft hasilatını 400 min barel artırmaq planını dəstəkləyəcək. O, belə bir artımın bazar dəyişkənliyinin qarşısını almağa kömək edəcəyini bildirib. Qeyd edək ki, Azərbaycanın hasilatı on il əvvəl gündəlik təxminən 1 milyon bareldən bu il 700 min barelə qədər azalıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər