Mumlu kəndinin yol və məktəb problemi - VİDEO

Mumlu kəndinin yol və məktəb problemi - VİDEO
İcra nümayəndəsi sakinlərin şikayətinə aydınlıq gətirdi

Əslində çox istərdik Mumlunun təmiz havası və insanı valeh edən təbii mənzərələri haqqında danışaq. Lakin bu füsunkar məkana aparan yolun acınacaqlı vəziyyəti və kənddə çatanadək adamın yaşadığı əziyyət bütün gözəlliklərə kölgə salır. Ən maraqlısı odur ki, söhbət cəmi 2 km yoldan gedir. Bəli düz eşitdiniz cəmi 2 km... Amma nədənsə bu 2 km-lik yolun əsaslı təmiri Şabran rayon rəhbərliyi üçün dağ boyda problemə çevrilib. Onu da bildirək ki, yolun 13 km-lik asvalt hissəsi Şabran-Pirəbədil-Zeyvə avtomobil yoluna düşür. Bu yol isə bir neçə il öncə dövlət vəsaiti hesabına əsaslı təmir edilib. Sözügedən yoldan ayrılan və Mumlu kəndinə gedən cəmi 2 km acınacaqlı yola görə, həm sakinlər həm də qonşu kəndə məktəbə gedən şagirdlərin çəkdiyi əziyyəti isə bir Allah bilir, bir də özləri.

Mumlu sakinləri bildirir ki, hər il şəxsi vəsaitləri hesabına yolun cari təmirini həyata keçirirlər. Lakin bir müddət sonra yağıntılar nəticəsində yenidən yol yararsız vəziyyətə düşür. Bu səbəbdən də onlar yerli qurumlara yolun əsaslı təmiri ilə bağlı dəfələrlə müraciət ediblər. Lakin səslərinə səs verən olmayıb.

Kənd sakinlərini narahat edən digər bir məsələ isə məktəblə bağlıdı. Belə ki, əvvəllər kənddə fəaliyyət göstərən ibtidai məktəb bir neçə il öncə bağlanıb. Bu səbəbdən məktəblilər qonşu kəndə üz tuturlar. Hər gün 4 km yol qət etmək şagirdlərə əziyətli olduğu üçün sakinlər kəndlərində modul tipli məktəbin tikintisini tələb edirlər.

 Sakinlərin yol və məktəb problemi ilə bağlı məsələyə aydınlıq gətirən icra nümayəndəsi Xosrov Cavadov bildirdi ki, kənddə cəmi 30-a yaxın məktəbli var. Şagirdərin sayı az olduğu üçün mətktəbin tikintisi mümkünsüzdür. Amma yolun cari şəkildə təmirinə yaxın günlərdə başlanılacaq.

Yolun asvalt olunması məsələsinə gəlincə icra nümayəndəsi bildirdi ki, bu bələdiyyənin imkanları xaricindədi. Amma onu deyək ki, bələdiyyənin asvalt etməyə imkanı çamayan 2 km-lik yolu Şabran rayon icra hakimiyyəti rəhbərliyi əsaslı şəkildə təmir edə bilər. Təbii ki, istəsə.... Belə olsa həm Mumlu sakinləri əziyyətdən xilas olar həm də gələcəyimiz olan şagirdlər rahat şəkildə qonşu kəndə təhsil almağa yollanar.

REAL

 

 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər