Qobustan qəsəbəsinin çirkab su problemi - VİDEO

Qobustan qəsəbəsinin çirkab su problemi - VİDEO
Qəsəbə icra nümayəndəsi sözügedən məsələyə aydınlıq gətirdi

Qaradağ rayonu Qobustan qəsəbəsi sakini Qədir Nağıyev yaşadığı ərazinin problemini video şəklində qaynar nömrəmizə göndərib.

Sözügedən Qobustan qəsəbəsi 1-ci massiv A-da axıdılan çirkab suların mənşəyini və bu problemdən xilas olma yollarını müəyyənləşdirmək üçün bir neçə qurumla əlaqə saxladıq. “AZərsu” Açıq Səhmdar Cəmiyyətindən həmin ərazidə xətlərinin olmadığını öyrəndik. Daha sonra Qobustan qəsəbə bələdiyyəsi ilə əlaqə saxladıq. Oradan ərazini tanımadıqlarını deyərək, buna görə də icra nümayəndəliyi ilə əlaqə saxlamağımızı tövsiyə etdilər. Belə də etdik. İcra nümayəndəsi İsa Gözəlov Qobustan qəsəbəsi ərazisində belə yerlərin olduğunu danmadı. Həmin çirkab suların və zibillərin mənbəyinin elə həmin massivdə yaşayan sakinlər olduğunu deyən icra nümayəndəsi problemin həllinin onların və ya bələdiyyənin səlahiyyəti çərçivəsində olmadığını da əlavə etdi. Onu da bildirdi ki, bir müddət öncə Bakı şəhər İcra hakimiyyətindən ərazidəki üstü açıq, dırnaqarası kanalizasiya yolları ilə bağlı hesabat istənilib. Onlar da bu barədə quruma məlumat yollayıblar. Yəni, problem daha yüksək instansiyanın nəzarəti altındadır və həlli gözlənilir.

REAL
 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər