Qazilərlə həkimlərin görüşü keçirildi - VİDEO

Qazilərlə həkimlərin görüşü keçirildi - VİDEO
Vətən Müharibəsində yaralıları müalicə edən həkimlərin əzmindən danışıldı

Zəfər günü ərəfəsində qəhrəman qazilərlə qayğıkeş həkimlərin görüşü keçirildi. Vətən müharibəsi qaziləri, şəhid ailələri və səhiyyə işçilərinin qatıldığı görüşdə əvvəlcə dövlət himni səsləndirildi, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra 44 günlük savaşın xronologiyasını əks etdirən video çarx nümayiş etdirildi.

Səhiyyə Nazirliyi və Nərimanov Rayonu icra hakimiyyəti rəsmilərinin iştirak etdiyi tədbirdə, vətən müharibəsi zamanı yaralı əsgərləri müalicə edən həkimlərin göstərdiyi əzm və iradə xüsusi vurğulandı.

Görüşdə iştirak edən şəhid valideynləri də öz növbələrində 44 günlük savaşın xalq-ordu birliyi, Azərbaycan hərbçilərinin rəşadəti sayəsində zəfərlə başa çatmasından, şəhidlərin ölməzliyindən qürurla danışdılar. Bakı Sağlamlıq Mərkəzində təşkil olunan tədbirin sonunda vətən müharibəsi qazilərinə hədiyyələr təqdim olundu.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər