Təcrübə və Təqaüd Proqramı təqdim edilib - VİDEO

Təcrübə və Təqaüd Proqramı təqdim edilib - VİDEO
Bu layihə təcrübəçi ilə müəssisələr arasında təminatçı rolunu oynayacaq

Ötən gün Təcrübə və Təqaüd Proqramları layihəsinin rəsmi açılış mərasimi baş tutub.

Tədbirdə ictimai xadimlər, gənclər təşkilatları və bir sıra qurumların nümayəndələri, elm xadimləri və gənclər iştirak ediblər.

Bu növ inkişaf üzrə Təcrübə və Təqaüd Proqramları layihəsi ölkəmizdə ilk dəfədir həyata keçirilir. Bu proqram təcrübəçi ilə müəssisə arasında təcrübə təminatçısı rolunu oynayacaq.

Layihənin məqsədi tələbə gənclərin fərdi inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına dəstək olmaq, eləcə də müəssisələrin kadr potensialını zənginləşdirməkdən, dövlətimizə və cəmiyyətimizə faydalı olacaq mütəxəssislərin yetişməsinə və dövlətin gənclər siyasətinə kiçik töhfə verməkdən ibarətdir.

Təcrübə müddətində gənclər əsl iş prosesinin içində olacaq, müvafiq sahə üzrə yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə və əməliyyatlarda iştirak edecəklər. Karyera təşəbbüslərini üzə çıxarmaq və uğurlu karyera üçün gənclərə lazım olacaq texniki və fərdi bacarıqları inkişaf etdirmək imkanı qazanacaqlar.

Qeyd olunan təcrübə proqramında tələbə və gənclərin təcrübə keçəcəyi müəssisəyə məvacib ödənilməsi də nəzərdə tutulub ki, bu da gənclərin praktiki biliklərinin daha genişlındirilməsi və təkmilləşdirilməsi üçün həyata keçiriləcək.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər