Canavarlar kəndə hücum etdi: yaralılar var (VİDEO, FOTO)

Canavarlar kəndə hücum etdi: yaralılar var (VİDEO, FOTO)
Astaranın Zəngüləş kənd sakinləri xəstəxanaya yerləşdirildi

Astara rayonunun Şuvi və Zəngüləş kəndinə canavar hücum çəkib. Nəticədə Biri azyaşlı olmaqla 7 nəfər yaralanıb.

Astara Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Səfail Məmmədov hadisə ilə bağlı REAL-a danışıb.

Astara rayonunun Şuvi kəndində də canavarlar sakinlərə hücum edib. Şüvi kənd sakini, tanınmış müəllim Həbib Əlizadə isə “Qafqazinfo”ya məlumat verib ki, Canavarın kəndimizə hücumu nəticəsində ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.

O bildirib ki, hadisə bu gün səhər saat 8 civarında baş verib:

“Astaranın Şüvi kəndinə canavar hücum edib. Xəstələrdən biri 9-cu sinif şagirdi, dayım oğlu Rafiqdir.

Hazırda xəstəxanadayıq. Kəndimizdə ilk dəfədir ki, belə hadisə yaşanır. Canavar Lənkərandan Astaraya doğru hücum edib, qarşısına çıxanı yaralayıb, quduz olduğu deyilir. Əlavə olaraq qonşu Züngüləşdə də 3 nəfəri yaraladığını eşitmişəm”.

Xatırladaq ki, Səhiyyə Nazirliyi sözügedən hadisə ilə bağlı yaydığı məlumatda xəsarət alanların Astara Mərkəzi rayon xəstəxanasına yerləşdirildiyini və vəziyyətlərinin qənaətbəxş olduğunu bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər