TARİX NADİR: İbn Sina özü də bir möcüzə idi (VİDEO)

TARİX NADİR: İbn Sina özü də bir möcüzə idi (VİDEO)

Tarixdə, xüsusilə fikir, düşüncə tarixində elə adlar var ki, biz dünyagörüşümüzü, həyata baxışlarımızı təzələmək istəyiriksə təkrarən onları yada salmalı, onların əsərlərini bir daha varaqlamalı, onlar haqqında yeni yazıları nəzərdən keçirməliyik. Kitab oxumaq, mütaliə olmasa mədəniyyət də olmaz, mədəniyyət olmasa cəmiyyət də ya axsağ olar, ya da ümumiyyətlə dağılıb, parçalanıb yoxa çıxar.

Mütaliə isə müxtəlif olur. Müdrik mütaliə deyilən bir anlayış var. Bu o deməkdir ki, sən nəvaxtsa oxuduqlarına bir daha qayıdırsan. Onları yeni gözlə oxuyur, onlarda yeni mətləblər açırsan.

Biz bu gün İbn Sina haqqında danışmaq istəyirik. Qərb ədəbiyyatlarında ona Avisenna adlandırırlar. Tam adı isə belədir – Əbu Əli Hüseyn ibn Abdulla ibn Həsən ibn Əli ibn Sina. Öz adı Hüseyndir, künyəsi, yəni ikinci adı Əbu Əli, atasının adı Abdulla, nəsli kökü, bizim bugünki dilimizdə desək soyadı Sina olub. Buna göörə də dünyaya soy adı ilə tanınıb – İbn Sina.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər