Yeni cüdo klubunun açılışı olub - VİDEO

Yeni cüdo klubunun açılışı olub - VİDEO
İdman zalı olimpiya və paralimpiyaçıların məşqləri üçün istifadə olunacaq

Bakıda Olimpiya və Paralimpiya Cüdo Klubunun açılış mərasimi keçirilib.

Tədbirdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, qurumun vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli və digər şəxslər iştirak ediblər.

London-2012 Yay Paralimpiya Oyunlarının qalibi, hazırda paracüdoçu qadınlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi kimi çalışan Ramin İbrahimovun sözlərinə görə, klub həm olimpiya, həm də paralimpiyaçıların məşqlərinin keçirilməsində istifadə olunacaq.

Bütün cüdo ailəsini təbrik edən İlqar Rəhimov bildirib ki, ölkə ərazisində belə zalların çox olması, gənclərin idmana marağının artmasında əhəmiyyətli rol oynayacaq.

Daha sonra iştirakçılar idman qurğuları ilə tanış olublar.

Bakı Olimpiya və Paralimpiya Cüdo Klubunda paralimpiyaçılarla yanaşı, olimpiyaçılar, fiziki məhdudiyyətli gənclər və uşaqlar da məşq edə biləcəklər.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər