“Qarabağ” 5-ci turda Bakıda Kiprin “Omoniya” komandasını qonaq edəcək (VİDEO)

“Qarabağ” 5-ci turda Bakıda Kiprin “Omoniya” komandasını qonaq edəcək (VİDEO)
Növbəti hədəf qrup liderliyidir

Sabah Qarabağ komandası futbol üzrə UEFA Konfrans Liqasında növbəti oyununa çıxacaq. H qrupunda qərarlaşan köhlən atlar 5-ci turda Kiprin Omoniya kollektivini qonaq edəcək. 10 xalla ilk pillədə qərarlaşan ağdamlılar vaxtından əvvəl play-offa vəsiqəni rəsmiləşdiriblər. 8 qat Azərbaycan çempionu bu görüşdə də qələbə qazansa, liderliyi də təmin edə bilər. Bunun üçün isə İsveçrə Bazeli səfərdə Qazaxıstan Kayratı ilə oyunda xal itirməlidir.

Komandanın baş məşqçi Qurban Qurbanov rəqibin bir neçə oyununçusunun Bakıya gəlməməsinə rəğmən ehtiyatı əldən verməyəcəklərini bildirib.

Xatırladaq ki, Qarabağ - Omoniya görüşü noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 21:45-də başlayacaq oyunu danimarkalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın əsas fit sahibi Morten Krox olacaq. Ona Nils Hög və Steffen Bek Bramsen köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yorgen Dauqbyerq Burxardt yerinə yetirəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər