"Sabah" klubunun məşqçiləri və futbolçusu koronavirusa yoluxub

"Sabah" klubunda koronavirusa kütləvi yoluxma aşkarlanıb.

Bu barədə REAL-a paytaxt təmsilçisinin Mətbuat Xidmətindən məlumat verilib.

Məşqçilər Vitali Kovalyov, Ruslan Qafitulun, Artur Olenin, Aleksey Malaxov, Vitali Korneyev və futbolçu Mixeil Erqemlidzenin testi müsbət çıxıb. Onlar bu səbəbdən karantinə alınıblar.

Korneyev və Qafitullinin testləri ötən həftə, digərləri isə bu həftə müsbət nəticələnib.

Qeyd edək ki, "Sabah" noyabrın 27-də Azərbaycan Premyer Liqasının XII turunda "Keşlə" ilə üz-üzə gələcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər