Lirənin ucuzlaşması qismən sabitləşib - VİDEO

Lirənin ucuzlaşması qismən sabitləşib - VİDEO
"Mərkəzi Bankın uçot dərəcəsini 16%-dən 15%-ə endirməsi lirəni ucuzlaşdırıb"

"Lirənin ucuzlaşmasi ixracatın artımına səbəb olacaq"

Son bir neçə saatdır Türkiyənin milli valyutası lirənin dollar qarşısındakı ucuzlaşması qismən də olsa sabitləşib. Buna baxmayaraq lirrənin ABŞ dolları qarşısında kəskin ucuzlaşması rekord səviyyəyə çatıb. Noyabr ayının 23-də 1 dollar 13 tl 47 kruşa qədər yüksəlib. Hazırda valyuta dəyişmə məntəqələrində 1 dollar 12 tl 10 kruşa dəyişdirilir. Milli Valyuta da növbəti anti-rekordların qeydə alınmaması üçün türkiyə mərkəzi bankının təcili addımlar atması gözlənilir.

İstanbul Aydın Universitetinin professoru Hüseyin Selimler deyir ki, lirənin ucuzlaşması ixracata müsbət təsir göstərə bilər lakin bunun üçün də zamana ehtiyac var.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının oktyabrın sonunda uçot dərəcəsini 16%-dən 15%-ə endirməsi lirənin ucuzlaşmasını sürətləndirib. İnflyasiyanın 20 faizə yaxın olmasına baxmayaraq, Mərkəzi Bankın bu qərarı verməsi lirəyə təzyiqi artırır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər