"Azərbaycan aşıq sənəti" bədii sərgisi - VİDEO

Sərgi A.Ələsgərin 200 illik yubileyinə həsr olunub

Milli Məclis Mədəniyyət Komitəsinin dəstəyi ilə Xətai Sənət Mərkəzində "Azərbaycan aşıq sənəti" adlı bədii sərgi keçirildi.

Sərgi qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunub.

Sərginin təşkilatçısı xalq rəsssamı Arif Hüseynovdur.

Tədbirdə millət vəkilləri və digər ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak edirdi.

Tədbirdə çıxış edənlər azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında doğulan Aşıq Ələsgərin çoxəsrlik keçmişə malik aşıq sənətinə öz bədii-estetik töhfəsini verdiyini qeyd etdilər.

Qeyd edək ki, “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Prezident İlham Əliyevin Sərəncam imzalayıb.(18 fevral, 2021-ci il).

Sərəncamda bildirilir ki, 2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.

REAL

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər