İstanbuldan gələn qızıl sədası - VİDEO

İstanbuldan gələn qızıl sədası - VİDEO
“Arpaçay” kata üzrə komanda yarışında dünya çempionu olub

Türkiyədə keçirilən şotokan karate üzrə dünya çempionatında Azərbaycan millisinin üzvləri də inamla çıxış ediblər. Medal qazananlar arasında Azərbaycan Milli Karate Federasiyasının nəzdnində fəaliyyət göstərən Arpaçay karate klubunun üzvləri də olub. Daha əvvəl ölkə çempionatında 15 medal qazanan klubun idmançıları İstanbul şəhərində də mükafata layiq görülüblər.

Karateçilərimizi bundan sonra da bir neçə sınaq gözləyir. Belə ki, dekabrda Olimpiya Ümidləri adlı uşaqlar arasında turnir reallaşacaq. Yanvarda isə ənənəvi Arpaçay Open beynəlxalq turniri təşkil olunacaq. Bu yarış 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə həsr ediləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər