Düzələn, farağat, azad Kəlbəcər! (VİDEO)

Düzələn, farağat, azad Kəlbəcər! (VİDEO)
"Çay üstündə qala"nın azad edilməsindən 1 il ötür

2020-ci ilin bu gününədək insanın ürəyini buza döndərib qürurlandıran bu qarlı, vüqarlı dağları ancaq xəyallarımızda canlandıra bilərdik ən yaxşı halda.

27 illik xəyallarımız isə 44 gün ərzində çin oldu Ali baş komandanın qətiyyəti və Ordumuzun qəhrəmanlığı sayəsində.

Kəlbəcərə gedən yolda qurulan bu erməni səngərləri, postları artıq tarix adlı kitabın qara səhifələrində qalıb. Bu gün çay üstündə qalanın keşiyində Azərbaycan əsgəri xidmət aparır. Özü də fasiləsiz gecə və gündüz yağış-qar, şaxta-boran demədən.

Elə biz də qürur və şərəf hissinin verdiyi fəxarətlə hərbiçilərimizi vətənin Zod aşırımındakı keşiyində qoyub endik Kəlbəcərdə yerləşən N saylı hərbi hissəyə. Aşağı Kəlbəcərin içinə doğru endikcə havanın şaxtası sınır, təbiət bizi sanki isti qucağına alırdı.

Yeni dislokasiya olunmuş hərbi hissə hər bir şəraitlə təmin olunub. Buraya qərargah, 120 yerlik yeməkxana 200 yerlik əsgər yataqxanası həm də soyuducu anbar aiddir.

Burada hərbi xidmətə yeni başlamış əsgərlər əmin əllərdədir deyə bilərik. Çünki onlara hərbi təlimatları döyüş sirlərini elə 44 günlük Vətən müharibəsində iştirak edən hərbçilərimiz öyrədir.

Bəli bu gün Azərbaycan xalqı 27 il eşitdiyi sözləri yox tam əksini söyləyəcək. Kəlbəcərin işğaldan azad olunmasından 1 il ötür. Bu rəqəmin illər əsrlər keçdikcə sonsuzluqla əvəz olunacağına əminik.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər