Bakıda hoteldə karantin rejimi pozulub, 4 nəfər saxlanılıb

Bakıda hoteldə karantin rejimi pozulub, 4 nəfər saxlanılıb

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, eyni zamanda qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət-profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən REAL-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Pure Boutique Hotel” hotelində karantin rejimi qaydalarının pozularaq qəlyan məmulatlarından istifadə edilməklə müştərilərə xidmət göstərilməsi müəyyən olunub.

Otelin icarədarı Y.Tapdıqzadə və 3 işçi saxlanılaraq müvafiq tədbirlərin görülməsi üçün Nərimanov Rayon Polis İdarəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər