Qadın zorakılığına qarşı mübarizə günüdür - VİDEO

Qadın zorakılığına qarşı mübarizə günüdür - VİDEO
Dövlət komitəsi: Qadınlar daha çox məişət zorakılığına məruz qalır

Son vaxtlar cəmiyyətdə zorakılığa məruz qalan qadınların sayı kifayət qədər artıb. ONlar öz ailələrində fiziki, psixoloji, məiçıt zorakılğına zorakılığa məruz qalırlar .BUnu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbirdə“25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbirdə dedi.Bildirdi ki, bununla bağlı Qanunvericilik sahəsində boşluqların aradan qaldırılması, Təhlükəsizliyin, hüquqi müdafiənin əlçatanlığının təmin olunması üçün üçün təkliflər var və razılaşdırılma mərhələsindədir. Qeyd olundu ki qadın zorakılığının qarşısını almaq üçün ciddi maarifləndirmə işi aparılmasına ehtiyac var.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirdi ki, qadın zorakılığı ilə bağlı mərkəzlər fəaliyyət göstərir. Bununla bağlı Milli Fəaliyyət Planı çox vacib sənəddir. 2022-2028-cii illər üçün “Sosial Xidmətlər Strategiyası”nda da məişət zorakılığının əsas kontingentlərinə toxunulub. bu ilin 9 ayında 100-dən çox qadın birgə maliyyələşmə proqramına qoşulub: “Xanımlar özünüməşğulluq proqramında da aktiv iştirak edib. Bu ilin 9 ayında 3200 xanım bu proqrama cəlb olunub. 1000-ə yaxın qadın peşə təlimi, işsizlikdən sığorta alıb.Tədbirdə qeyd olundu ki, qadın zorakılığınn qarşısını vaxtında almaq olduqca vacibdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirildi ki,yerli icra hakimiyyətlərində gender zorakılığl üzrə monitorinq qrupları fəaliyyət gösətrir. Burada məişət zorakılığından zərər çəkənlərə qanundan irəli gələrək yardımlar göstərilir. Bakı şəhəri üzrə pilot layihə olaraq 860 nömrəli qaynar xətt fəaliyyət göstərir. Gələcəkdə bu qaynar xətllərin imkanlarının artırılması və rayonlarda da açılması nəzərdə tutulub. Həmçinin, Dövlət yardım mərkəzi də fəaliyyət gösətirir ki,, zərərəçəkənlər istəyərlərsə onları buradakı sığıncağa yerləşdirmək mümkündür- deyə komitədən bildirildi.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər