Vətənə dönüşün bir ili - VİDEO

Vətənə dönüşün bir ili - VİDEO
Uca bayrağımız Kəlbəcərdə bir daha enməmək üçün dalğalanır

Ermənilər Kəlbəcərdən belə çıxmışdılar. Hər şeyi yandıraraq, sökərək, dağıdaraq... Ermənistan yalvarışlarla Kəlbəcərin boşaldılması üçün verilmiş müddətin 10 gün artırılmasını istəmiş, hava şəraitini bəhanə eləmişdi.

Azərbaycan hər zamankı kimi humanizm nümayiş etdirərək bu vaxtı onlara vermişdi. Amma bu müddətdən yarımçıq qalan vəhşiliklərini davam etdirmək üçün istifadə edən Ermənistan Kəlbəcəri tamamilə dağıtdı.

Nəhayət, biz Kəlbəcərə qayıtdıq. İlk işimiz ermənilərdən qalmış zir-zibili təmizləmək, yolumuza basırdıqları minaları zərəriszləşdirməkdən ibarət oldu.

Kəlbəcərin işğaldan azad edilməsindən dərhal sonra ora həyat qayıtmağa başladı. İnfrastrukturun qurulması işlərinə start verildi, kəlbəcərli arıçılar, heyvandarlar doğma yaylaqlarına döndülər.

Arıçılar demiş, ermənilər Kəlbəcəri tərk edərkən arı ailələrinə də pətəklər qarışıq od vurmuşdular.

Heç nə bizə Kəlbəcərə qayıtmağa mane olmadı. Azərbaycan Erməistanı vadar elədiyi kapitulyasiya sayəsində bir güllə belə atmadan 28 illik işğala son qoydu. Kəlbəcərdə Azərbaycan bayrağı dalğalanmağa başladı. Bu üçrəngli bayraq işğala qədər Kəlbəcərdə demək olar ki, dalğalana bilməmişdi. Üçrəngli bayrağımızın bərpasından bir qədər sonra rayon işğal olunmuşdu. Amma indi uca bayrağımız Kəlbəcərdə bir daha enməmək üçün dalğalanır.

Ötən bir il ərzində Ermənistan tərəfi dəfələrlə Kəlbəcər istiqamətində təxribatlara cəhd göstərdi. Amma torpağımızın, bayrağımızın keşiyində dayanan əsgərlərimiz hər dəfə bu təxribat cəhdlərinin cavabını lazımınca verdilər. İndi nə 1992-ci ildir, nə Azərbaycan həmin Azərbaycandır. Bu gün Ali Baş Komandandan sıravi əsgərə qədər hamı yerindədir, möhkəm dayanıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər