ƏDV-ni geri istəyənlərin sayı artır - VİDEO

ƏDV-ni geri istəyənlərin sayı artır - VİDEO
Bəzi istifadəçilər çeklər üzrə ƏDV-ni geri ala bilmir

İlin əvvəlindən indiyə kimi 2 milyon 437 min istifadəçi edvgerial.az portalından qeydiyyatdan keçib. Ümumilikdə 147 milyon 111 min 792 çek üzrə 60 milyon 192 min 462 manat ƏDV məbləği geri qaytarılıb.

Vergi Məcəlləsinə görə, fiziki şəxslər supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə odənilən ədv ni geri almaq hüququna malikdirlər.
Əgər nağdsız qaydada ödənilmiş ƏDV-nin 15, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini geri almaq hüququna malikdirlər.

Alış-veriş edən alıcı Tutulan ƏDV-nin bir hissəsini geri almaq üçün topladığı çeklərdəki məlumatları edvgerial.az portalındakı hesabına daxil etməlidir. Lakin bir müddətdir ki bəzi vətəndaşlar daxil edilən çeklərin uzun müddət sistemdə gözlədilməsi ya da ƏDV-nin ümumiyyətlə geri qaytarılmamasından şikayətlənir.

Portal istifadəçilərinin rastlaşdığı problemlə əlaqədar suallarımızı İqtisadiyyat nazirliyi yanında Dövlət vergi Xidmətinə ünvanladıq. Qurumun Vergi ödəyicilərinə Xidmət İdarəsinin şöbəsi rəisi Məmməd Quliyev bildirdi ki, ƏDV nin bir hissəsinin geri alınması xidmətindən yararlanmaq üçün qaydalar təsdiq olunub ki, bu qaydalara əməl olunmalıdır.

Şöbə rəisinin sözlərinə görə ƏDV-nin geri alınması üçün istifadə edilən mobil tətbiqlərdə və portalda olan programdakı bildirişlərlə çekin tələblərə uyğun olub olmamasını müəyyən etmək mümkündür

Şöbə rəisi portala daxil edilən bəz çeklərin ləğv olunmasi məsələsinə də aydınlıq gətirdi

Vətəndaşlarin diqqət yetirilməli olduğu məqamlardan biri də çek üzərindəki məlumatların portala düzgün daxil edilməsidir.

Alış-veriş zamanı müştərilərin qarşılaşdığı hallardan biri də bəzi satıcılar tərəfindən alıcıya kassa çekinin verilməməsi ilə bağlıdır. Şöbə rəisi dedi ki, bu hala yol verən vergi ödəyiciləri ciddi maliyyə sanksiyaları ilə qarşılaşa bilərlər.

Qeyd edək ki, ƏDV geri al” layihəsi çərçivəsində indiyədək fiziki şəxs olan istehlakçılara 120 milyon manata yaxın vəsait qaytarılıb və bu xidmətdən 1,6 milyona yaxın insan faydalanır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər