Gələcəyə doğru innovasiyalar - VİDEO

Gələcəyə doğru innovasiyalar - VİDEO
Baytarlıq İnstitutunun 120 illiyi münasibətilə beynəlxalq konfrans keçirildi

Bakıda Baytarlıq Elmi-Tədqiqat İnstitutunun 120 illik yubleyinə həsr olunmuş “Baytarlıq elmi XXI əsrdə - gələcəyə doğru innovasiyalar” mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans keçirildi. Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə baş tutan konfransda xarici ölkələrdən alimlər, mütəxəssislər və heyvandarlıq təsərrüfatlarının baytar həkimləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova qeyd edti ki, institut baytarlıq sahəsində fundamental və innovativ elmi-tədqiqat işlərinin aparılması, yeni müalicə və profilaktika vasitələrinin axtarılması istiqamətində fəaliyyət göstərir. Baytarlıq elmində əldə olunmuş yeni nailiyyətlərin təsərrüfatlarda geniş tətbiq edilməsi müvəffəqiyyətlə həyata keçirilir.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli respublikada yaradılan qida təhlükəsizliyi sisteminin beynəlxalq tələblərə və qabaqcıl təcrübələrə əsaslandığını diqqətə çatdırıb.

Tədbir çərçivəsində baytarlıq elminin inkişafında xüsusi xidmətləri olan alim və baytar həkimlərə təşəkkürnamələr təqdim edidi. Konfrans kənd təsərrüfatı, ev və vəhşi heyvanların, quşların, arıların və balıqların infeksion, invazion və yoluxmayan xəstəliklərinin ən müasir texnologiyalar əsasında öyrənilməsi, baytarlıq-sanitariya, müalicə-profilaktika, molekulyar biologiya və digər sahələrdə son illərdə aparılmış nəzəri və praktiki tədqiqatların mühüm nəticələri, gələcək perspektivlərin müzakirəsi ilə davam etdirilib. Konfrans noyabrın 26-da başa çatacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər