Bərdədə bədbəxt hadisə baş verib - VİDEO

Bərdədə bədbəxt hadisə baş verib - VİDEO
Ana və 2 yaşlı oğlu dəm qazından boğularaq ölüb

Bərdədə bir ailənin iki üzvü dəm qazından boğularaq ölüb. Hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Yevlax rayon sakini, 1995-ci il təvvəlüdlü Yusifova Ayşən Eldəniz qızı və övladı 2019-cu il təvvəlüdlü Əliyev Tunar Vüsal oğlu Bərdə rayonunda yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Onların meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər