“Azərbaycanda güclü kiber ekosistem” - VİDEO

“Azərbaycanda güclü kiber ekosistem” - VİDEO
29-30 noyabrda kiber təhlükəsizlik günü ilə bağlı tədbir keçiriləcək

Azərbaycanın ən iri özəl kibertəhlükəsizlik müəssisəsi olan Prosol Şirkəti beynəlxalq səviyyəli tədbirə evsahibliyi edəcək.

Ölkə tarixində özəl sektor tərəfindən təşkil olunan və kibertəhlükəsizlik mövzusuna həsr olunan ən böyük tədbir 29-30 noyabr tarixində baş tutacaq. "Beynəlxalq kibertəhlükəsizlik günü"nə həsr olunmuş tədbir Azərbaycanla yanaşı Türkiyə, İsrail və digər ölkələri təmsil edən kiber mütəxəssislərin iştirakı ilə baş tutacaqdır.

İnkişaf etməkdə olan texnologiyalar dünya üzrə fərdlər, şirkətlər və hökumətlər üçün yeni növ təhdidlər və təhlükələr yaradır ki, bu da kibercinayətkarlığa qarşı mübarizəni daha da mürəkkəbləşdirir.

“Azərbaycan üçün daha güclü kiber ekosistem” başlığı altında təşkil olunacaq bu tədbirdə 6 fərqli panel üzrə müzakirələr təşkil olunacaq.

Qeyd edək ki, 2021-ci ilin sonuna kimi dünya miqyasında kibercinayətkarlığın vuracağı zərərin məbləğinin 6 trilyon dollar olacağı gözlənilir. Bütün bunlar dövlətlər və özəl sektor təmsilçiləri arasında dialoq və məlumat mübadiləsini şərtləndirir ki, yeni cinayətlər və gələcək təhdidlər haqqında anlayışlar daha geniş olsun. Bu mənada sözügedən təbdir effektiv fikir və məlumat mübadiləsi platforması təmin edəcək. Bu, daim yenilənən internet mühitinin təqdim etdiyi risklərin araşdırmaq, aşkar etmək və qarşısını almaq üçün texnologiyanın daha səmərəli necə istifadə oluna biləcəyi haqda ortaq fikir formalaşdırmağa dəstək olacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər