F.Əmirov və H.Z.Tağıyevin adı UNESCO-da - VİDEO

F.Əmirov və H.Z.Tağıyevin adı UNESCO-da - VİDEO
Onların adı təşkilatın yubileylər proqramına daxil edilib

Parisdə keçirilən UNESCO-nun Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun 2022-2023-cü illər üzrə yubileylər siyahısı qəbul edilib.

UNESCO yanında Daimi Nümayəndəliyimizin səyləri nəticəsində dahi bəstəkar Fikrət Əmirovun 100 illiyi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 200 illiyi UNESCO Baş Konfransının qərarı ilə təşkilatın 2022-2023-cü illər üçün Yubileylər Proqramına daxil edilib. UNESCO 1956-cı ildən tarixi hadisələrin anım mərasimləriə və üzv dövlətlər tərəfindən qeyd olunan görkəmli şəxsiyyətlərin yubileylərinin dünya miqyasında tanınmasınada iştirak edir və bu məqsədlə siyahı tərtib edir. Mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə töhfə vermiş şəxsiyyətlərin, əsərlərin və ya hadisələrin qeyd edilməsi və diqqətin cəlb edilməsi beynəlxalq anlaşmaya, xalqlar arasında daha sıx münasibətlərə və sülhə kömək edir. Qarşıdan gələn illərdə bəstəkar Fikrət Əmirovun və xeyriyyəçi Zeynalabdin Tağıyevin yulileyləri UNESCO-da qeyd ediləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər