Məktəblilər üçün yeni layihə təqdim edildi - VİDEO

Məktəblilər üçün yeni layihə təqdim edildi - VİDEO
"Gələcəyə ümid" layihəsi uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə "Gələcəyə Ümid" layihəsinin təqdimat mərasimi keçirildi.

Tədbirdə Təhsil Nazirliyi, Heydər Əliyev fondu, İqtisadiyyat Nazirliyi, Təbib, BMT-nin Az. Nümayəndəliyinin təmsilçiləri, ADA, Dillər Universitetinin nümayəndələri və digər şəxslər iştirak etdilər. "Gələcəyə Ümid" layihəsi risk qrupuna daxil olan uşaqların təhsili, inkişafı və onların cəmiyyətə inteqrasiyasına dəstək istiqamətində yaradılmışdır.

Təqdimat Mərasimində çıxış edən Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri Mehriban Vəliyeva layihənin cəmiyyətə sağlam gənclər qazandırmaq baxımından təqdirəlayiq təşəbbüs olduğunu bildirdi.

İştirakçılar, həmçinin, təhsil müəssisələrində təhlükəsizlik mövzularında maarifləndirmə tədbirlərinin aparılmasının uşaqlar və yeniyetmələri təhlükə və zərərli vərdişlərdən çəkindirmək məqsədilə vacib olduğunu vurğuladılar.

Qeyd edək ki, "Gələcəyə ümid" layihəsi 8-ci sinif şagirdləri arasında bir akademik tədris ili üçün nəzərdə tutulur.

Mərasimin sonunda layihədən bəhs edən videoçarx, O cümlədən, məktəblilərin günümüzdəki problemlərini əks etdirən "Bir şagirdin hekayəsi" adlı səhnəcik nümayiş olundu.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər