Rusiyada mədəndə ölənlərin sayı 52 nəfərə çatıb - YENİLƏNİB, VİDEO

Rusiyada mədəndə ölənlərin sayı 52 nəfərə çatıb - YENİLƏNİB, VİDEO
Partlayış zamanı itkin düşənlər var

Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində 50-dən çox insan həlak olub.

Bu barədə Belovo şəhər dairəsi administrasiyasından bildirilib.

Administrasiya nümayəndəsi deyib ki, hadisə nəticəsində 52 nəfər həlak olub.

O, həmçinin bildirib ki, ölənlər arasında altı nəfər xilasedici və mədənçilər var

 

*** 00:12

Rusiyada kömür mədənində baş vermiş qəzada 52 nəfər həlak olub

Rusiyanın Kemerovo vilayətində kömür mədənində yanğın nəticəsində xilasedicilər də daxil olmaqla 52 nəfər həlak olub.

APA-nın xəbərinə görə, bu məlumatı “TASS” agentliyi Fövqəladə Hallar Nazirliyinə istinadla yayıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər