Tatarıstan nümayəndə heyəti "Azərişıq"da - VİDEO

Tatarıstan nümayəndə heyəti
İ.Fardiyev şimal-qərb regional SCADA idarəetmə mərkəzində olub

Tatarıstan Respublikası “Şəbəkələr kompaniyası”nın baş direktoru İlşad Fardiyev “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzi ilə tanış olub.
İlşad Fardiyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinə bu İdarəetmə Mərkəzi haqqında, həmçinin "Azərişıq" ASC tərəfindən ölkədə, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri bərədə geniş məlumat verilib.

Qonaqlar yarımstansiyada quraşdırılan müasir qapalı paylayıcı qurğular və digər zəruri avadanlıqlarla tanış olublar. Nümayəndə heyətinə məlumat verilərək bildirilib ki, bu yarımstansiya vasitəsilə Şamaxı rayonunun 11, Ağsu rayonunun isə 5 yaşayış məntəqəsinin fasiləsiz və dayanıqlı elektrik təchizatı təmin olunub. 10 mindən çox abonentin elektrik enerjisi təminatı daha da yaxşılaşdırılıb.

Qeyd edilib ki, burada qurulan sistem vasitəsilə, Şimal-Qərb Regional İdarəetmə Mərkəzinə daxil olan 7 şəbəkə üzrə onlayn informasiyaları və operativ məlumatları həm bu idarəetmə mərkəzinə, həm də Bakıdakı Mərkəzi Dispetçer Xidmətinə ötürmək mümkündür. SCADA İdarəetmə Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olan İlşad Fardiyev Azərbaycanda müasirləşdirilən elektrik şəbəkəsinin imkanlarını yüksək qiymətləndirib.

Daha sonra Tatarıstandan gələn nümayəndə heyəti ilə yerli mütəxəssislər arasında fikir mübadiləsi aparılıb. İki ölkənin elektrik şəbəkəsində qurulan yeni sistemlər barədə qarşılıqlı müzakirələr edilib.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər