Biznesmenlərin yeni vergi öhdəliyi - VİDEO

Biznesmenlərin yeni vergi öhdəliyi - VİDEO
İş adamları planlarınıl vergi orqanlarına öncədən bildirməlidir

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisdən keçərsə, əsasən də istehsalla məşğul olan sahibkarlar mal məsrəfləri barədə öncədən vergi orqanlarına məlumat verməlidirlər. Bu, 1 yanvar 2022-ci ildən Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdən birilir. Milli Məclisə təqdim olunan bu əlavə və dəyişikliklər artıq birinci oxunuşdan keçib. Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev bu əlavə və dəyişikliklərin məqsədi vergi qurumu ilə vergi ödəyiciləri arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirir.

Bu məsələdə mikro və kiçik sahibkarlar iststna ediləcək, iri və orta sahikarlar isə mütləq məlumat verməli olacaqlar. Azərbaycan qanunvericiliyinə görə, işçi sayı 1-10 arasında dəyişən iş adamı mikro sahibkar, 11-50 arasında dəyişən iş adamı kiçik sahibkar, 51-250 arasında dəyişən iş adamı isə orta sahibkar sayılır. Yəni dəyişiklərin bu hissəsi qəbul edilərsə, işçi sayı 51-dən yüksək olan sahibkarlar vergi orqanına istehsal prosesi barədə əvvəldəcədən məlumat verməlidir.

Lakin idxal fəaliyyəti barədə məlumat verilməsində isə istisna olmayacaq, idxalla məşğul olan bütün vergi ödəyiciləri, işçi sayından asılı olmayaraq, əvvəlcədən idxal olunan malların yeri barədə də məlumat verməli olacaqlar.

Mehdi Babayevin sözlərinə görə, ən vacib dəyişikliklərdən biri təsərrüfat subyektləri arasında ödənişlər həyata keçirilərkən, yəni bank vasitəsi ilə ödənişlər zamanı ödəniş tapşırıqlarının ödəniş təyinatı yerində məlumatların düzgün əks etdirilməsidir.

Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər sırasında nəzarət kassa aparatlarının tətbiqinin genişləndirilməsi də nəzərdə tutulur. Bu günə qədər nəzarət kassa aparatlarının tətbiqi yalnız pərakəndə ticarət və ictimai iaşə müəssisələri üçün məcburi idi. İndən belə mehmanxanalar, mehmanxana tipli digər bütün obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları, kosmetoloji salonlar və s. bu tip fəaliyyətlə məşğul olan təsərrüfat subyektləri də təklif olunan dəyişikliklərə görə, yanvar ayının birindən məsafədə idarə oluna bilən yeni nəsil kassa aparatlarını tətbiq etmək məcburiyyətində olacaq.

Dəyişikliklərdə elektron qaimə fakturaların tətbiqinin genişləndirilməsi və həmçinin yük avtomobilləri üçün elktron yol vərəqəsinin tətbiqi nəzərdə tutulur.

Bütün bu dəyişikliklər həm də ölkədə vergi nəzarətinin dərinliyini artıracaq. Bu isə öz növbəsində ölkədə kölgə iqtisadiyyatının səviyyəsini aşağı salacaq və vergi yığımlarının ümumi daxili məhsuldakı payının artırılmasına dəstək verəcək.

REAL

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər