UEFA Avropa Liqası: “Qalatasaray” növbəti mərhələyə vəsiqə qazanıb

UEFA Avropa Liqası: “Qalatasaray” növbəti mərhələyə vəsiqə qazanıb

UEFA Avropa Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə Türkiyə təmsilçilərindən "Qalatasaray" Fransanın "Marsel" klubunu qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:2.

Hesabı 12-ci dəqiqədə "sarı-qırmızılar"ın rumıniyalı legioneri Aleksandru Çikıldeu açıb. Qarşılaşmanın 30-cu dəqiqəsində Due Çaleta-Tsar topu öz qapısına vurub. Oyunun 64-cü dəqiqəsində Sofyan Fequli fərqi 3 topa çatdırıb.

Görüşün 68-ci dəqiqəsində "Marsel" penalti vurmaq hüququ qazanıb. Arkadiuş Milikin 11 metrlik cərimə zərbəsini qapıçı Fernando Muslera qaytarsa da, polşalı hücumçu təkrar zərbə ilə fərqi azaldıb. Lakin 83-cü dəqiqədə Rayan Babel "Qalatasaray"ın aktivinə 4-cü qolu yazdırıb. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə yenidən Milik qoyub.

E qrupunun digər matçında İtaliyanın "Latsio" klubu səfərdə Rusiyanın "Lokomotiv" komandasından üstün olub - 3:0. Bununla da İstanbul və Roma təmsilçiləri qrupda ilk iki yeri təmin edərək, növbəti mərhələyə yüksəlib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər