Pakistan ballistik raketini uğurla sınaqdan keçirib

Pakistan ballistik raketini uğurla sınaqdan keçirib

Pakistan “Shaheen-1A” yer-yer tipli ballistik raketini uğurla sınaqdan keçirib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Sınaq uçuşu raket sisteminin bəzi dizayn və texniki parametrlərini yenidən yoxlamaq məqsədilə həyata keçirilib.

"Shaheen-1A" raketi "Shaheen-1"in daha geniş diapazonu və dəqiqliyi ilə təkmilləşdirilmiş versiyasıdır. O, 900 km-ə qədər məsafədə hədəfləri vura və həm nüvə, həm də adi döyüş başlıqlarını daşıya bilir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər